Şəhid zabitimizin doğum günüdür

“Bu gün səhər durandan çox narahatam, uşaqlar da yanımda deyil. Oğlum Hüseyn də deyir ki, biz niyə rayona gedə bilmədik”
 
Bunu Moderator.az-a açıqlamasında şəhid mayor Əhməd Abdullayevin həyat yoldaşı Ulduz Abdullayeva deyib. Şəhid zabitimizin xanımı həyat yoldaşının adını yaşatmaq üçün həmişə çalışdıqlarını bildirib:
 
“Əhmədin doğum günüylə bağlı doğulduğu Cəlilabad rayonunda tədbir olacaq, amma mən heç cür gedə bilmədim. İşləyirəm və uşaqlarımı da dövlət tərəfindən Qubaya aparıblar. Bu gün səhər durandan çox narahatam, uşaqlar da yanımda deyil. Oğlum Hüseyn də deyir ki, biz niyə rayona gedə bilmədik. Artıq Əhmədin 45 yaşı tamam olur. Hər il atasının ad günündə Hüseyn öz ürək sözlərini yazıb paylaşırdı. Amma bu gün paylaşa bilmir. Əhməd komandir olub və verilən tapşırığı yerinə yetirərkən şəhid oldu. Onun səviyyəsi, təhsili hər şeydən üstün olub”. 
 
Qeyd edək ki, Azərbaycan Ordusunun mayoru Əhməd Abdullayev 30 iyul 1976-cı ildə Cəlilabad rayonunda anadan olub. 2010-cu il sentyabrın 4-də erməni qəsibkarlarının hücumunu qarışısını almaq məqsədilə xüsusi döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub. O, buna görə ölkə başçısı tərəfindən “İgidliyə görə” medalı ilə təltif edilib. O, Xüsusi Təyinatlı dəstənin qrup komandiri olub. 
0
1215
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar