• Şikayət et

Orion kosmik gəmisi Ay səthinin yeni fotolarını göndərib


    NASA-nın Artemis 1 Ay missiyası çərçivəsində Ay ətrafı uçuş səyahətini reallaşdıran Orion adlı kosmik gəmi yeni fotolar göndərib. Göndərilmiş fotolarda Ay səthi əks olunub. Lakin maraq çəkən fakt ondan ibarətdir ki, kosmik gəmi həmin fotoları Ay səthindən 130 km hündürlükdə uçan zaman çəkib. Yer kürəsinə göndərilmiş ağ-qara fotolar Orion-un naviqasiya kamerası vasitəsilə çəkilib. Qeyd etmək lazımdır ki, kosmik gəmi kritik uçuş manevrini reallaşdırmağa hazırlaşır. Reallaşdırılacaq kritik uçuş manevri nəticəsində Orion yüksək Ay orbitinə çıxmalıdır. Bunun üçün kosmik gəmi bir dəfə mühərriklərini işə salacaq və əgər hər şey plan üzrə getsə, o, yüksək Ay orbitində 1 həftə ərzində qalacaq. Daha sonra Orion Yer kürəsinə istiqamət alacaq. Gözləntilərə əsasən kosmik gəmi 11 dekabr tarixində Sakit okeana eniş edəcək.


Mənbə:
0
74
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar