Azərbaycanlı futbolçu Türkiyə klubunun qələbəsinə töhfə verdi - VİDEO

0:00
0:00

Azərbaycanlı futbolçu Araz Abdullayev növbəti dəfə Türkiyə çempionatının I divizionunda məhsuldar ötürməyə imza atıb.

Oxu.Az xəbər verir ki, onun çıxış etdiyi “Boluspor” səfərdə “Bandırmaspor”un qonağı olub.

Görüşdə “Boluspor” 3:2 hesabı ilə qələbə qazanıb. Start heyətdə meydana çıxan Araz 33-cü dəqiqədə sarı vərəqə alıb.

O, 52-ci dəqiqədə Muhammed Gümüşkayanın qol vurmasına şərait yaradıb. Futbolçumuz 90+5-ci dəqiqədə braziliyalı Marlinyo ilə əvəzlənib.

Qeyd edək ki, “Boluspor” sona üç tur qalmış 38 xalla 12-ci sırada qərarlaşıb.

Səbuhi Musayev

Mövzuları qaçırmayın!
OXUYUN, PAYLAŞIN, QAZANIN!
Azərforum oxuduqca paylaşdığınız, paylaşdıqca qazandığınız tətbiqdir.
0
16
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar