Daha dörd güləşçimiz Avropa çempionatında mübarizəyə başlayır

0:00
0:00

Bu gün Polşanın paytaxtı Varşavada keçirilən güləş üzrə Avropa çempionatında daha dörd idmançımız mübarizəyə qoşulacaq.

Oxu.Az sərbəst güləşçilərimizin turnirdə qarşılaşacağı ilk rəqibləri təqdim edir:

61 kq
1/8 final: Əhmədnəbi Qvarzatilov – Viktor Litsen (Almaniya)

74 kq
1/16 final: Əşrəf Aşırov – Fazlı Əryılmaz (Türkiyə)

86 kq
1/8 final: Hacımurad Məhəmmədsəidov – Artur Nayfonov (Rusiya)

92 kq
1/8 final: Osman Nurməhəmmədov – Robin Ferdinand (Almaniya)

Qeyd edək ki, bu gün sərbəst güləş üzrə yarışlara yekun vurulacaq. Dünən mübarizəyə qoşulmuş beş güləşçimizin medal qazanmaq şansı var. Turan Bayramov (70 kq) qızıl, Əfqan Xaşalov (57 kq), Əli Rəhimzadə (65 kq), Rəşad Yusifli (79 kq) və Şamil Zubairov (97 kq) bürünc medal qazana bilər.

Səbuhi Musayev

Mövzuları qaçırmayın!
OXUYUN, PAYLAŞIN, QAZANIN!
Azərforum oxuduqca paylaşdığınız, paylaşdıqca qazandığınız tətbiqdir.
0
1
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar