Lənkəranda eyni evdən dəfələrlə oğurluq edən şəxs saxlanıldı

0:00
0:00

Lənkəranda 4 il ərzində bir evdən dəfələrlə oğurluq edən şəxs saxlanılıb.

DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonunun Kərgəlan kənd sakini, əvvəllər məhkum olunmuş Emin İbadov saxlanılıb və üzərində şəxsi axtarış zamanı ondan 2 bükümdə narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

E.İbadovun ətrafında aparılan əlavə əməliyyat-axtarış tədbirləri ilə onun rayonun Kərgəlan kəndində yerləşən evlərdən birindən 2017-ci ildən bir neçə dəfə qanunsuz daxil olmaqla ümumi dəyəri 4755 manat olan işıq generatoru, 6 ədəd xalça, yataq mebeli, inşaat materialları və digər əşyalar oğurladığı müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

0
163
1
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar