• Şikayət et

Narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanıldı - FOTO

0:00
0:00

Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Belə ki, rayon sakini Saleh Bağırovun idarə etdiyi “Mercedes-Benz” markalı avtomobil rayon ərazisində nəzarət-yoxlama qaydasında saxlanılıb.

Polis əməkdaşları tərəfindən həmin sürücünün narkotik vasitənin təsiri altında olmasına dair əsaslı şübhələr yaranıb. S.Bağırov RPŞ-ə gətirilərək həkim müayinəsindən keçirilib və narkotik vasitənin təsiri altında olması müəyyən edilib. 

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu istiqamətdə tədbirlər davam etdirilir.

Mənbə:
0
74
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar