• Şikayət et

Şəmkirdə piyada qəza zamanı qarşıdan gələn avtomobilə çırpıldı

Şəmkirdə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan VAZ-2107 yolu keçmək istəyən 1984-cü il təvəllüdlü Rəhman Məhərrəmovu vurub. Zərbənin təsirindən piyada qarşıdan gələn avtomobilə çırpılıb. 38 yaşlı kişi xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Mənbə:
0
171
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar