• Şikayət et

Pakistandan Əfqanıstana dəstək: Zərərçəkənlərə yardım üçün tibbi düşərgə açdı

Pakistan Əfqanıstanın Host əyalətinin hava limanında zəlzələdən zərərçəkənlərə yardım göstərmək üçün tibbi düşərgə açıb.

Bu barədə məlumatı Pakistanın Kabildəki səfirliyi yayıb.

"Düşərgə Xayber-Paxtunxva hakimiyyəti tərəfindən qurulub”, - deyə məlumatda qeyd olunub.

Xayber-Paxtunxva Pakistanın üçüncü ən böyük bölgəsidir və Xost əyalətinin yanında yerləşir.

Pakistan hadisə yerinə 19 həkimlə 3 təcili yardım maşını göndərib. Onlar yaralılara yardım edəcək və ağır xəstələri Pakistandakı xəstəxanalara göndərəcəklər.

Qeyd edək ki, ötən gün Əfqanıstanın Paktika və Host əyalətlərində baş verən zəlzələ nəticəsində 1 500 nəfər həlak olub. Təbii fəlakətdən 2 000-dən çox insanın zərər çəkdiyi bildirilir.
Mənbə:
0
103
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar