“Paşinyan istefa ərizəsini 8 martda verə bilər” – Marukyan

“Baş nazir Nikol Paşinyan istefa ərizəsini martın 8-də verə bilər”.

Qazet.az xəbər verir ki, bu barədə “Parlaq Ermənistan” müxalifət fraksiyasının rəhbəri Edmon Marukyan öz “Facebook” səhifəsində məlumat verib.

“Paşinyan təklifimizlə razılaşarsa, yəni Baş Qərargahda dəyişiklik etmək təşəbbüsündən çəkinərsə, erkən seçkilərin gündəliyindən çıxmazsa, 8 mart tarixində vəzifəyə heç bir namizəd irəli sürməmək şərtilə istefa verə bilər. O andan 14 gün ərzində yi bir baş nazir seçilməyəcək, parlamt qanunun qüvvəsi ilə ləğv edilmiş sayılacaq”, – Marukyan bildirib.

O həmçinin qeyd edib ki, Ermənistan konstusiyasının 92-ci maddəsinə görə, növbədənkənar parlamt seçkiləri parlamtin buraxılmasından sonra 30-45 gün ərzində keçirilə bilər. Bu isə o deməkdir ki, 25 aprel parlamt seçkilərinin ən tez müddətdə keçirilə biləcəyi tarixdir.

Xatırladaq ki, martın 4-də Marukyan-Paşinyan görüşü baş tutub. Müxalifət lideri Ermənistandakı daxili siyasi vəziyyətdən çıxış yolunun növbədənkənar seçkilərin keçirilməsində gördüyünü bildirib.

Mənbə:
0
1332
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar