• Şikayət et

"Patronaj xidmətinin gücləndirilməsi” layihəsi çərçivəsində görüş keçirilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) və Birləşmiş Millətlər Təşkilatı BMT Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı nümayəndəliyinin birgə həyata keçirdiyi “Patronaj xidmətinin gücləndirilməsi” layihəsi çərçivəsində Gəncə Şəhər Birləşmiş Xəstəxanasında görüş keçirilib.

 

Tədbirdə UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin layihə koordinatorları Patronaj tibbi xidmətin proqram təminatı haqqında ətraflı məlumat veriblər.

 

İlkin səhiyyə xidməti müəssisələrinin rəhbərləri və əməkdaşlarının iştirak etdiyi toplantıda müzakirələr aparılıb, suallar cavablandırılıb.

 

Qeyd edək ki, yeni patronaj modelinin regionları mərhələ-mərhələ əhatə etməklə ölkənin bütün tibb müəssisələrində həyata keçirilməsi nəzərdə tutulub.

Mənbə:
0
159
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar