• Şikayət et

Penitensiar Xidmətin müəssisələrinə narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanası və 12 saylı cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdlərinin qarşısı alınıb.

Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş şəxs Qalib Ramazan oğlu Abasov Bakı İstintaq Təcridxanasına daxil olarkən üzərinə baxış keçirilib. Baxış zamanı əynində geyindiyi alt paltarının içərisində xüsusi üsulla gizlədilmiş 15 ədəd sellofan bükülüdə 5,599 qram narkotik maddə - heroin, 8 ədəd sellofan bükülüdə 1,542 qram psixotrop maddə - metamfetamin və üzərində beş ədəd 0,2 qram narkotik tərkibli dərman preparatı - metadon aşkarlanıb.

Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirli bilinərək 16 il altı ay müddətinə azadlıqdan məhrum edilmiş və hazırda 12 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhkum Ayxan İlqar oğlu Zamanova atası İlqar Nadir oğlu Zamanov tərəfindən gətirilmiş sovqata baxış keçirilib. Baxış zamanı isə orada olan tər əleyhinə vasitənin içərisində xüsusi üsulla gizlədilmiş ümumi çəkisi 1,21 qram olan narkotik maddə - marixuana aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Mənbə:
0
570
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar