• Şikayət et

Perinatal Mərkəzdə Mülki Müdafiənin Rəhbər Heyətinin məşğələsi keçirilib

Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Perinatal Mərkəzdə Mülki Müdafiənin Rəhbər Heyətinin məşğələsi keçirilib.
 
Aztibb.az xəbər verir ki, Perinatal Mərkəzin baş həkimi Təranə Rəcəbli çıxış edərək bildirib ki, mülki müdafiənin məqsədi fövqəladə halların qarşısının alınması məqsədi ilə profilaktik tədbirlərin həyata keçirilməsi, mümkün olan ziyan və itkilərin həcminin maksimum azaldılması, eləcə də onların nəticələrinin aradan qaldırılmasıdır.
 
Vurğulanıb ki, insanların təhlükəsizliyinin təminatı önəmli məsələlərdən biridir. Bildirib ki, tibb müəssisələrinin mülki müdafiənin rəhbər heyəti fövqəladə şərait rejimində işləməyə hazır olmalı, qarşıya qoyulan tapşırıqları yerinə yetirməlidir.
 
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən məşğələdə heyətin sualları cavablandırılıb, bu kimi məşğələlərin mütəmadi keçiriləcəyi qeyd olunub.
Mənbə:
0
165
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar