• Şikayət et

PREZİDENTİN YENİ TƏYİN ETDİYİ AGENTLİK RƏHBƏRİ VƏ SİYASİ ANALİTİK "YAŞIL ENERJİ" LAYİHƏSİNDƏN DANIŞIBLAR

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin yeni təyin olunan direktoru Təbriz Əmmayev və Siyasi analitik Turab Rzayev AzTv-də Azərbaycanın yaşıl enerji potensialından danışıblar.

Qeyd edək ki, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) rəhbərliyində dəyişiklik olmuşdur.

Agentliyin direktoru vəzifəsini müvəqqəti icra edən Nazirliyin aparat rəhbəri Zaur Məmmədovdan bu səlahiyyət geri alınıb, Agentliyə rəhbərlik isə yenə də müvəqqəti olaraq Təbriz Əmmayevə həvalə edilib.

Yeni direktor əvəzi bu ayın əvvəlində müavin vəzifəsinə təyin olunub.

Xatırladaq ki, T.Əmmayev Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) təqaüd proqramı çərçivəsində Böyük Britaniyanın Bristol Universitetinin maliyyə, mühasibatlıq və menecment fakültəsini bitirib, bu vaxta qədər SOCAR-ın baş ofisində çalışıb.

 

Xatırladaq ki, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ölkə prezidentinin 22 sentyabr 2020-ci il tarixli fərmanı ilə yaradılıb, qurumda 40 ştat vahidi müəyyən edilib.

0
1127
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar