Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Publika.az xəbər verir ki, sərəncamla Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçuları təltif ediliblər:
“Azərbaycan Bayrağı” ordeni ilə
Ələkbərov Fərid Tahir oğlu – mayor (ölümündən sonra)
3-cü dərəcəli “Rəşadət” ordeni ilə
Əlifov Rüfət Sehun oğlu – əsgər (ölümündən sonra)
Əliyev Nihad Heydər oğlu – əsgər (ölümündən sonra)
Əsədov Ruslan Rövşən oğlu – əsgər (ölümündən sonra)
Quliyev Hüseyn Həsən oğlu – əsgər (ölümündən sonra)
Mehdiyev Əhliman Rəhman oğlu – əsgər (ölümündən sonra)
Şahbazov Kənan Natiq oğlu – əsgər (ölümündən sonra)
3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Cəbrayılov Aqil Ağacəfər oğlu – polkovnik
Əsədov Əli Hacı oğlu – polkovnik
Kərimov Elşad Əzizxan oğlu – polkovnik
Əliyev Rəşad Əmiralı oğlu – kapitan (ölümündən sonra)
Mikayıllı Samir Sabir oğlu – kapitan (ölümündən sonra)
Bayramov Ruslan Azər oğlu – baş leytenant (ölümündən sonra)
Əfəndiyev Adil Qədir oğlu – tibb xidməti leytenantı (ölümündən sonra)
Feyzullayev Zahir Eyvaz oğlu – leytenant (ölümündən sonra)
Quluzadə Kamran Pərviz oğlu – leytenant (ölümündən sonra)
Yaqubov Mayis Rəhim oğlu – leytenant (ölümündən sonra)
Abdurahmanlı Sübhan Mahir oğlu – gizir (ölümündən sonra)
Mehdiyev Zahir Zakir oğlu – gizir (ölümündən sonra)
Məmmədov Elşad Əvəz oğlu – gizir (ölümündən sonra)
Tarverdiyev Cabir Səmid oğlu – gizir (ölümündən sonra)
Əhmədli Elməddin Gülverən oğlu – çavuş (ölümündən sonra)
Əliyev Yadigar Səfxan oğlu – çavuş (ölümündən sonra)
Xanalıyev Ziyəddin Ariz oğlu – çavuş (ölümündən sonra)
Abışov Asif Əlövsət oğlu – kiçik çavuş (ölümündən sonra)
Əsgərov Şəhriyar İsa oğlu – kiçik çavuş (ölümündən sonra)
Hüseynli Şahin Vaqif oğlu – kiçik çavuş (ölümündən sonra)
Qasımzadə Nicat Höccət oğlu – kiçik çavuş (ölümündən sonra)
Məmmədov Zaman Habil oğlu – kiçik çavuş (ölümündən sonra)
Abbasov Şamxal Xasay oğlu – əsgər (ölümündən sonra)
Axundov Eşqin İntiqam oğlu – əsgər (ölümündən sonra)
Babayev Ağaşirin Firuz oğlu – əsgər (ölümündən sonra)
Babayev Babaxan Əlövsət oğlu – əsgər (ölümündən sonra)
Babazadə Xaqani Anar oğlu – əsgər (ölümündən sonra)
Baloğlanlı Elşad Elşən oğlu – əsgər (ölümündən sonra)
Cəfərov Ülvi Habil oğlu – əsgər (ölümündən sonra)
Cəfərzadə Tarif Qədim oğlu – əsgər (ölümündən sonra)
Əhmədli Qardaşxan Elxan oğlu – əsgər (ölümündən sonra)
Əkbərov İbarət Faiq oğlu – əsgər (ölümündən sonra)
Əliyev Lətif Oruc oğlu – əsgər (ölümündən sonra)
Əsgərov İbrahim Məzahir oğlu – əsgər (ölümündən sonra)
Gülməmmədov Eşqin Rabil oğlu – əsgər (ölümündən sonra)
Həsənov Elməddin Elşən oğlu – əsgər (ölümündən sonra)
Xaməmmədov Şirxan Xaməmməd oğlu – əsgər (ölümündən sonra)
İbrahimov Ayaz Sultan oğlu – əsgər (ölümündən sonra)
İbrahimov Seymur Zamin oğlu – əsgər (ölümündən sonra)
İlyasov Fərid İbad oğlu – əsgər (ölümündən sonra)
İsayev Rahət Rafət oğlu – əsgər (ölümündən sonra)
İsmayılov Bahaləddin Temraz oğlu – əsgər (ölümündən sonra)
Qarayev Elnur Qalib oğlu – əsgər (ölümündən sonra)
Qasımov Səbuhi Telman oğlu – əsgər (ölümündən sonra)
Qənbərli Vüsal İlkin oğlu – əsgər (ölümündən sonra)
Qulamzadə Afərin Müqəddəs oğlu – əsgər (ölümündən sonra)
Quliyev Ağamirzə İlham oğlu – əsgər (ölümündən sonra)
Quliyev Hüseyn Aydın oğlu – əsgər (ölümündən sonra)
Qurbanov Tərxan Zabit oğlu – əsgər (ölümündən sonra)
Mehdiyev İsmayıl David oğlu – əsgər (ölümündən sonra)
Mədətli Zülal Rəhim oğlu – əsgər (ölümündən sonra)
Məmmədov Əli Abbas oğlu – əsgər (ölümündən sonra)
Məmmədov Xaqani Mürşüd oğlu – əsgər (ölümündən sonra)
Məmmədov Rüstəm Müsəllim oğlu – əsgər (ölümündən sonra)
Məmmədzadə Pərviz Zahid oğlu – əsgər (ölümündən sonra)
Mirzəyev Eltac Fizuli oğlu – əsgər (ölümündən sonra)
Mirzəyev Sarvan Əli oğlu – əsgər (ölümündən sonra)
Orucov Elmir Elyar oğlu – əsgər (ölümündən sonra)
Poladov Elçin Adil oğlu – əsgər (ölümündən sonra)
Rəhimov Yalçın Elçin oğlu – əsgər (ölümündən sonra)
Sadıqov Elvin Namiq oğlu – əsgər (ölümündən sonra)
Səfərov Oktay Əhməd oğlu – əsgər (ölümündən sonra)
Səttarov Səxavət Qüdrət oğlu – əsgər (ölümündən sonra)
Şirəliyev Kənan Telman oğlu – əsgər (ölümündən sonra)
Tarverdiyev Feyruz İslam oğlu – əsgər (ölümündən sonra)
“Vətən uğrunda” medalı ilə
Atakişiyev Elşən Rafiq oğlu – polkovnik
Məmmədov Kamil Sədiyar oğlu – polkovnik
Ağayev Rüstəm Elşad oğlu – polkovnik-leytenant
Həsənov Temraz Ənvər oğlu – polkovnik-leytenant
Bağırov Fuad Allahverdi oğlu – baş leytenant (ölümündən sonra)
Səfərov Namiq Mübariz oğlu – baş leytenant
Feyzullayev Aydın Zakir oğlu – əsgər (ölümündən sonra)
“İgidliyə görə” medalı ilə
Dünyamalıyev Əziz Dünyamalı oğlu – polkovnik
Fərəcov Qabil Şərafəddin oğlu – mayor
Hüseynov Elşən Yaşar oğlu – mayor
Daşdiyev Aqil Adil oğlu – kapitan
Pirsaatov Elsevər Yavər oğlu – gizir
“Suqovuşanın azad olunmasına görə” medalı ilə
Əhmədov Abdulla Əhməd oğlu – əsgər (ölümündən sonra)
“Cəbrayılın azad olunmasına görə” medalı ilə
Bayramov Cəlal Yaqub oğlu – əsgər (ölümündən sonra)
Manafov Cavid Faiq oğlu – əsgər (ölümündən sonra)
Məhərrəmov Elməddin Şahlar oğlu – əsgər (ölümündən sonra)
“Xocavəndin azad olunmasına görə” medalı ilə
Əbilzadə Sübhan Arif oğlu – əsgər (ölümündən sonra)
Qənbərzadə Heydər Ağahüseyn oğlu – əsgər (ölümündən sonra)
"Füzulinin azad olunmasına görə” medalı ilə
Mecdunov Xalid Zahir oğlu – çavuş (ölümündən sonra)
Teyyublu Çərkəz Vidadi oğlu – kiçik çavuş (ölümündən sonra)
Feyzullayev Aydın Zakir oğlu – əsgər (ölümündən sonra)
İsmiyev Emil Elman oğlu – əsgər (ölümündən sonra)
“Qubadlının azad olunmasına görə” medalı ilə
Bayramov Cəlal Yaqub oğlu – əsgər (ölümündən sonra)
“Şuşanın azad olunmasına görə” medalı ilə
Hüseynov Ruslan Vəli oğlu – kiçik çavuş (ölümündən sonra)
“Hərbi xidmətlərə görə” medalı ilə
Balayev Saday Fazil oğlu – polkovnik
Hümbətov Müşfiq Mürsəl oğlu – tibb xidməti polkovniki
Kələntərov Saleh Rəşid oğlu – polkovnik
Rəsulov Azər Mustafa oğlu – polkovnik
Şərifov Etibar Vaqif oğlu – ədliyyə polkovniki
Abdullayev Tural Zakir oğlu – polkovnik-leytenant
Alıyev Rövşən Şirxan oğlu – polkovnik-leytenant
Hüseynov Yaşar Qənbər oğlu – polkovnik-leytenant
Səfərov Sədi Nizami oğlu – polkovnik-leytenant
Gülməmmədov Ramin Ramiz oğlu – mayor.
Gürcüstanın paytaxtı Tbilisinin Tsxneti qəsəbəsində qətl hadisəsi törədilib.
Publika.az xəbər verir ki, iş adamı Levan Kaçarava odlu silahla öldürülüb.
Yerli mətbuatın yaydığı məlumatlara əsasən, 53 yaşlı biznesmenə maşınında 20-yə yaxın güllə açılıb.
L.Kaçarava “Silk Road Group” şirkətinin həmtəsisçisi olub.
Faktla bağlı qəsdən adam öldürmə və qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və gəzdirmə maddələri üzrə istintaq aparılır.
Suriya və İraqın şimalında Türkiyə Silahlı Qüvvələri tərəfindən daha 7 terrorçu zərərsizləşdirilib.
Publika.az xəbər verir ki, bu barədə qardaş ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Suriyanın şimalındakı Fərat Qalxanı bölgəsində 5 PKK/YPG terrorçusu, İraqın şimalında isə "Pəncək-kilid əməliyyatı" bölgəsində isə 2 PKK terrorçusu məhv edilib.
“Nə Suriyanın şimalı, nə də İraq terrorçular üçün təhlükəsiz deyil”, - bəyanatda deyilir.
Ölkə ərazisində faktiki hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Publika.az-a bildirilib ki, iyunun 25-i saat 11:00-a olan məlumata əsasən, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin şimal və qərb rayonlarında şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Yağan leysan yağış nəticəsində iyunun 24-də saat 22:00 radələrində Əyriçay-Başdaşağıldan (Oğuz) sel keçib.
Hazırda Ceyrançöl, Balakən rayonlarında yağış yağır.
Düşən yağışın miqdarı Göygöldə 23.0 mm, Şahdağda 13.0 mm, Xınalıq, Mingəçevirdə 12.0 mm, Oğuzda 11.0 mm, Qəbələdə 9.0 mm, Sarıbaş, Qrızda 8.0 mm, Şəkidə 6.0 mm, Daşkəsən, Zaqatala, Ağstafada 5.0 mm, Gəncədə 4.0 mm, Şərur, Gədəbəy, Tovuz, Kişçay, Ləzə, Balakən, Qubada 2.0 mm, Qusar, Şəmkir, Naftalan, Sədərək, Yevlax, Sumqayıtda 1.0 mm-dək olub.
İyunun 24-də saat 21:20 radələrində Şəki rayonu Kiçik Dəhnə kəndinə xırda dənəli dolu düşüb.
İyunun 24-də Bakıda iqlim normasından 2.0° yuxarı olub, Bakıda və Abşeron yarımadasında 26-31° isti, Naxçıvan MR-da 31-36° isti, dağlıq rayonlarda 18-23° isti, aran rayonlarında 29-34° isti olub.
İyunun 29-dək əksər rayonlarda yağmursuz hava şəraiti müşahidə olunsa da, əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Bundan 104 il öncə, 1918-ci ilin 28 mayında müsəlman şərqində ilk demokratik cümhuriyyətin əsası qoyuldu. Azərbaycan xalqı uzun illərin əsarətindən qurtularaq azadlığına, müstəqilliyinə qovuşdu. Onu da qeyd etmək lazımdır ki, bir dövlətin əsas sütunlarından birini də ordu quruculuğu təşkil edir. Təsadüfi deyildir ki, cümhuriyyət fədailərimiz hələ bir əsr bundan əvvəl bunu çox gözəl dərk edirdilər. Ona görə də cümhuriyyətin Tiflisdə elan edilməsindən sonra ordu quruculuğuna başlanıldı. Bir sözlə, Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 23 ay ərzində ölkənin müdafiəsinin təşkili, ordunun formalaşdırılması sahəsində uğurlu işlər görüldü. Uzun müddətdən sonra ordu quruculuğu sahəsində hərbi ənənə bərpa olundu.
Şanlı ordumuzun cümhuriyyət dövrü
Azərbaycanın istiqlaliyyətinin elan olunduğu tarixi şərait, onun qərar tutduğu bölgədə cərəyan edən proseslər xalqın müstəqilliyinə real dayaq ola biləcək ordunun formalaşdırılmasını tələb edirdi. Cümhuriyyətin elanından cəmi 28 gün sonra, 26 iyunda Azərbaycanda milli ordu hissələrinin yaradılması ilə bağlı qərar qəbul olundu.
Hələ Türkiyə hərbi qüvvələri Azərbaycanda olarkən başlamış ordu quruculuğunu yenidən canlandırmaq və onu daha səmərəli aparmaq üçün 1918-ci il oktyabrın 23-də respublika hökumətinin iclasında Hərbi Nazirliyin yaradılması qərara alındı. Nazirlər Şurası tərəfindən belə bir qərar 1918-ci il noyabrın 1-də imzalandı. Yeni şəraitdə Azərbaycanın ərazi bütövlüyünün qorunması tamamilə Hərbi Nazirliyin üzərinə düşməli idi. Bu struktur hökumətin qarşısında dayanan tarixi vəzifələrin həllində çox mühüm rol oynadığından ona rəhbərliyi ilk vaxtlar Nazirlər Şurasının sədri Fətəli Xan Xoyski öz üzərinə götürdü. Tam artilleriya generalı Səməd bəy Mehmandarov nazir müavini təyin edildi və nazirliyin formalaşdırılması ona tapşırıldı.
Hərbi Nazirliyin rəhbərliyi orduda xidmətin təşkilinin hüquqi əsasda nizamlanmasına xüsusi diqqət yetirirdi. Qısa müddət ərzində Azərbaycan Ordusunun yeni qanunvericilik bazasının yaradılması mümkün olmadığı üçün hərbi nazirin 1919-cu ilin əvvəlində imzaladığı əmrlə 1917-ci il yanvarın 1-dək keçmiş Rusiya imperiyasında qəbul edilmiş hərbi qanunvericilik aktları qüvvədə saxlanılırdı. Buraya hərbi nizamnamələr, döyüş təlimatları, xidmətin bütün sahələrini tənzimləyən sənədlər, səfərbərlik, hərbi məhkəmə işlərinin aparılması üzrə təlimatlar və s. daxil idi. Ancaq bu qanunvericilik aktlarının Azərbaycan müstəqilliyi, milli orduda xidmətin bu və ya digər tələbləri ilə uyğun gəlməyən tərəfləri ləğv edilir və nazirin əmri ilə həmin məqamlar təkmilləşdirilir, ya da yenisi ilə əvəz edilirdi. Məsələn, nazir hələ 1918-ci il dekabrın 27-də 34 saylı əmri ilə hərbi qulluqçular arasında salamlaşmanın Azərbaycan dilində və azərbaycanlılar arasındakı salamlaşma ənənələrinə uyğun olaraq aparılmasını tələb edirdi. Yəni, salamlaşan şəxs “salam” deməli, qarşı tərəf isə “əleyküm salam” deyə cavab verməli idi. Əsgəri tərifləyərkən və ya ona minnətdarlıq bildirərkən “mərhəba” deyilməli, əsgər isə cavabında “çox sağ ol” deməli idi.
Orduda Azərbaycan dili...
Azərbaycan dili orduda da dövlət dili elan edildi. Bununla bağlı hərbi nazir orduda xidmət edən qeyri-azərbaycanlı zabitlər qarşısında belə bir tələb qoydu ki, bir ay müddətində heç olmasa komanda sözlərinin azərbaycanca qarşılıqlarını öyrənsinlər və əsgərlərə Azərbaycan dilində komanda versinlər. Bir ay müddətində bu tələbi yerinə yetirə bilməyən zabitlər dərhal ordudan xaric edilməli idilər.
1918-ci ilin iyul ayının 11-də milli orduya çağırış haqqında əmr verildi və 1894–1899-cu illərdə anadan olmuş 24–29 yaşlı oğlanlar səfərbər edildi. Maliyyə çətinliklərinə baxmayaraq milli zabitlər hazırlamaq məqsədi ilə Gəncədə hərbi məktəb yaradıldı. Görülən tədbirlər nəticəsində az vaxt ərzində 40 minə yaxın əsgəri olan milli ordu yaradıcılığına başlandı. O vaxt Orduda 24 min süngü, 6 min piyada, suvari, topçu və sairə qoşun növlərindən ibarət olan və ən müasir silahla silahlanan canlı qüvvə, Xəzər dənizində kiçik bir donanama var idi. Orduda hərbi intizamı möhkəmləndirmək məqsədi ilə hərbi nazirliyin yanında divani hərbi, yə’ni hərbi məhkəmə fəaliyyət göstərirdi.
23 ay ərzində Azərbaycan Xalq Cümhuriyyəti ordusu bir sıra uğurlara imza atdı. Qafqaz İslam Ordusu ilə birgə Bakını daşnak qüvvələrinin işğalından azad etdi. Qarabağda və Zəngəzurda erməni silahlı terrorçu dəstələrini zərərsizləşdirdi. Əsgəran istiqamətində uğurlara imza atdı. 1920-ci ilin aprelində işğalçı rus ordusuna qarşı son damla qanına qədər mübarizə apardı.
28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti bütün çabalara baxmayaraq süqut etdi. Buna baxmayaraq, dövlətçilik və milli ordu ənənələrinin bərpası baxımından böyük irs qoydu.
Otuz ilin qüdrətli ordusu necə quruldu?
1991-ci ilin 18 oktyabrinda Azərbaycan xalqı öz müstəqilliyini yenidən bərpa etməyi bacardı. Elə ilk gündən nizami ordu hissələri yaradılaraq Qarabağa göndərildi. 1993-cü ilin 15 iyununda xalqın təkidi və tələbi ilə Azərbaycanın böyük oğlu, ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdı. Sürətli ordu quruculuğuna start verildi. Cəmi dörd-beş ay ərzində ordu hissələri komplektləşdirildi. Horadiz istiqamətində düşmən darmadağın edildi, 1 qəsəbə və 22 kənd düşmən tapdağından azad olundu. Bundan sonra ulu öndər böyük uzaqgörənliklə Ermənistanla atəşkəsə nail oldu. Müasir, nizami ordu quruculuğuna başlanıldı. Ordunun silah və sursatla təminatı yaxşılaşdırıldı. 22 may 1998-ci ildə ümummilli liderin sərəncamı ilə 26 iyun Azərbaycan Silahlı Qüvvələri Günü elan edildi. Bu, ulu öndər tərəfindən Azərbaycan Xalq Cümhuriyyəti ənənələrinin, o cümlədən, ordu quruculuğu sahəsində 23 ay yaşayan cümhuriyyətimizin irsinin bərpa edilməsi idi.
Cənab prezident İlham Əliyevin 2003-cü ildə prezident seçilməsi ilə Azərbaycan Ordusu yeni inkişaf mərhələsinə qədəm qoydu. Orduya ən müasir silahlar alındı. Dövlət büdcəsinin əsas xərcləri orduya yönəldildi. Ordumuzun büdcəsi işğalçı Ermənistanın dövlət büdcəsinə bərabər səviyyəyə çatdırıldı. Türkiyədən, İsraildən, Pakistandan, Rusiya və Ukraynadan, Belarusdan və digər dost, tərəfdaş ölkələrdən ən müasir silahlar alındı. Ordumuzun arsenalı gücləndirildi.
Bunun nəticəsi idi ki, 2016-cı ilin aprel döyüşləri zamanı cəmi 4 gün ərzində düşmənin keçilməz adlandırdığı səddi Azərbaycan Ordusu cəmi 20-25 dəqiqəyə yardı. 2 min hektar ərazi, o cümlədən strateji əhəmiyyətli yüksəkliklər azad olundu. Lələtəpəyə Azərbaycan bayrağı sancıldı.
28 il sonra Şuşada Azərbaycan Bayrağı...
2020-ci ilin 27 sentyabrında Azərbaycan Ordusu 44 gün ərzində bütün dünyaya səs salacaq Zəfər salnaməsinə imza atdı. Dəmir yumruq əməliyyatı ilə Qarabağ savaşı 30 ildən sonra Azərbaycanın tam qələbəsi, işğalçı Ermənistanın kapitulyasiyası ilə başa çatdı. Azərbaycanın mədəniyyət paytaxtı qədim Şuşa şəhərini xüsusi təyinatlı qüvvələrimiz keçilməz yolları və dərələri keçərək, yüngül silahlarla azad etdilər. 28 ildən sonra Şuşada şanlı Azərbaycan Bayrağı dalğalanmağa başladı.
Ordumuzun 44 günlük savaşda tətbiq etdiyi strateji həmlələr, əməliyyat planları bu gün də dünyanın aparıcı hərbi mərkəzləri tərəfindən araşdırılır, dərsliklərə salınır. Bu gün müzəffər Azərbaycan Ordusu böyük sərkərdə, dəmir iradəli Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində dünyanın ən güclü 50 ordusu sırasındadır.
Artıq iki ildir ki, biz 26 İyun Silahlı Qüvvələr Gününü böyük sevinclə və qürurla qeyd edirik. Çünki şəhid və qazilərimizin rəşadəti sayəsində biz düşməni diz çökdürdük. Onu darmadağın etdik. Biz saysız-hesabsız hərbi zəfərlərimizlə fəxr edirik. Hərb tariximizi dərindən öyrənərək onu gələcək nəsillərə ötürməyi özümüzə borc bilirik. Bu gün Azərbaycan Ordusu cənab Ali Baş Komandanın diqqət və qayğısı nəticəsində özünün ən güclü dövrünü yaşayır. Hətta 1918-ci ildəki Azərbaycan Xalq Cümhuriyyətinin 114 min kvadrat kilometrlik sərhədlərini, Qərbi Zəngəzuru, İrəvanı da bərpa etməyə qadirdir.
“Ukrayna, çox güman ki, Sieverodonetsk-Lısıçansk istiqamətinin müdafiəsini yenidən konfiqurasiya edir. Çünki Rusiya bəzi yerlərdə ciddi şəkildə irəliləyib. Rusiya yeni hədəflərinə çatmaq üçün ordunu yenidən komplektləşdirir”.
Publika.az xəbər verir ki, bunu Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsaslanaraq açıqlayıb.
Britaniyalılar hesab edirlər ki, son zamanlar Rusiyanın hərbi rəhbərliyində ciddi dəyişikliklər olub.
Bildirilir ki, böyük ehtimalla iyunun əvvəlindən etibarən Rusiyanın hərbi komandanlığı bir neçə generalı Ukraynadakı müharibə üzrə əsas vəzifələrdən uzaqlaşdırıb:
"Onların arasında Hava Desant Qüvvələrinin komandanı general-polkovnik Andrey Serdyukov, Cənub Qüvvələr Qrupunun komandiri, ordu generalı Aleksandr Dvornikov da var" - məlumatda vurğulanır.
Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, İngiltərə, ABŞ xarici işlər nazirləri və Avropa İttifaqının ali nümayəndəsi birgə bəyanatda Rusiyanı qınayıb.
Bakıda marşrut avtobusu qəzaya uğrayıb.
Publika.az xəbər verir ki, hadisə zamanı 90 MJ 279 DQN-lı sərnişin avtobusu minik avtomobili ilə toqquşub.
Avtobus “Kənan-2000” şirkətinin müvəqqəti istismarında olan 70 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edirmiş.
Daşıyıcı şirkətin direktoru Əbülfət Bayramov bildirib ki, hadisə nəticəsində avtobusda olan sərnişinlərdən xəsarət alan olmayıb.
Bir müddət öncə baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hökumət siyasi islahatlar keçirmək üçün ölkənin mərkəzi bankından kredit almaq haqqında qərar qəbul edib. Amma mərkəzi bank islahatlar üçün hökumətə kredit verməkdən yayınır.
Publika.az xəbər verir ki, bu barədə Ermənistanın "Fakt" nəşri məlumat yayıb.
Bildirilir ki, mərkəzi bankla hökumət arasındakı gərginliyin səbəbi hələlik məlum deyil, amma hökumət kreditlər olmadan struktur islahatlarına başlamaqda çətinliklər yaşayır.
Hətta hökumətin kredit almaq üçün adıçəkilən quruma göndərdiyi sənəd də bu vaxta qədər Ermənistanın "ana bankı" tərəfindən ratifikasiya olunmayıb.
Analitik Lilit Amirxanyan isə bildirib ki, mərkəzi bank krediti bir şərtlə yubada bilər bu da, hökumətin təqdim etdiyi sənəddə kreditin hansı istiqamətlərdə xərclənəcəyinin aydın göstərilməməsi ola bilər.
Birlәşmiş Millәtlәr Tәşkilatının baş katibi Antonio Quterreş qlobal ərzaq qıtlığı barədə xəbərdarlıq edib.
Publika.az xəbər verir ki, BMT-nin baş katibi Antonio Quterreş milyonların ölümünə səbəb olan ərzaq qıtlığının başlıca səbəbləri kimi iqlim dəyişikliyi və koronavirus pandemiyasını göstərərək Ukraynadakı müharibəni də bura şamil edib.
O, həmçinin 2022-ci ildə çoxsaylı aclıqların elan olunacağını və 2023-cü ilin daha pis ola biləcəyini bildirib.
Antonio Quterreş deyib: “Heç bir ölkə belə bir fəlakətin sosial və iqtisadi nəticələrindən sığortalanmayacaq”.
Rusiya Silahlı Qüvvələrinə məxsus hava hücumundan müdafiə sistemi texniki xəta nəticəsində öz-özünü vurub.
Publika.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, hadisə Ukraynanın Luqansk vilayətinin işğal altındakı Alçevsk şəhərində qeydə alınıb. Havaya buraxılan raket müəyyən müddət sonra trayektoriyasını dəyişərək müdafiə sisteminin özünü vurub.
Xatırladaq ki, müharibənin ötən 4 ayı ərzində Rusiya Silahlı Qüvvələri 100-ə yaxın hava hücumundan müdafiə sistemi itirib.
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin keçmiş rəisi Arif Qaraşov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovdan Prezident İlham Əliyevə şikayət yazıb.
Publika.az xəbər verir ki, Arif Qaraşov şikayətində Eldar Mahmudovun nazir olduğu dövlərdə MTN tərəfindən təhdid edildiyini və ailə üzvlərinə məxsus əmlakların əllərindən alındığını yazıb.
Şikayyət araşdırılması üçün Baş Prokurorluğa göndərilib.
Qeyd edək ki, bundan başqa Arif Qaraşov Eldar Mahmudovun qızı Nərgiz Mahmudovaya qarşı da məhkəmə iddiası qaldırmışdı.
Arif Qaraşov “Caspian Service” MMC, Mahmudova Nərgiz Eldar qızı və ƏMDK yanında DƏDRX Bakı Ərazi İdarəsindən Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi verərək göstərib ki, bağlanan alqı-satqı müqaviləsi etibarsız hesab edilsin, çıxarış ləğv olunsun və mənzillər boşaldılaraq təhvil verilsin.
(Gununsesi.info)
Avropa İttifaqının liderləri Xorvatiyanın 2023-cü il yanvarın 1-dən avro zonaya daxil olmasını təsdiqləyiblər.
Publika.az TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı (Aİ) Şurasının yaydığı məlumatda deyilir.
Sənədə əsasən, gələn ildən Xorvatiya avronu tətbiq etməyə başlayacaq. Xorvatiya qoyulan bütün tələbləri yerinə yetirdiyi üçün avronu qəbul etməyə hazırdır və bununla da Avrozona üzvlərinin sayı iyirmiyə çatacaq.
“Rusiya-Ukrayna müharibəsi ilə bağlı Azərbaycan Kommunist Partiyasının və mövqeyim tam şəkildə aydındır. Demək olmaz ki, tərəflərdən hansınınsa mövqeyini müdafiə edirəm. Xeyr, bu belə deyil. Nə Ukraynanı, nə də Rusiyanı dəstəkləyirəm. Sadəcə olaraq, mən Rusiyanın Ukrayna ərazisində apardığı hərbi əməliyyatı təqdir edirəm, dəyərləndirirəm. O mənada ki, bütün dünyanın gözü qarşısında Ukraynada baş verən hadisələr – faşizmin inkişaf etdirilməsi, faşizm elementləri və hərəkətləri Azərbaycan communist Partiyasının rəhbəri, o cümlədən, bir vətəndaş kimi məni narahat edir”.
Bunu Publika.az-a açıqlamasında Azərbaycan Kommunist Partiyasının (AKP) sədri Rauf Qurbanov Ukrayna-Rusiya savaşı ilə bağlı rəhbərlik etdiyi siyasi təşkilatın mövqeyindən danışarkən deyib.
Partiya sədri bildirib ki, o faşizm kimi yasaq edilmiş bir ideologiyanın yenidən dirçəldilməsinə qarşıdır:
“Azərbaycan cəmiyyətinin bu barədə fikirlərinə baxanda görürük ki, “camaat qırıldı”, “itkilər var” fikirləri üstünlük təşkil edir. Gəlin, məsələnin əsl mahiyyətinə, kökünə baxaq. Baxanda görürük ki, Ukraynada baş verən hadisələrin kökündə nələrin dayandığını aydın şəkildə görmək mümkündür. Rusiya öz dövlət təhlükəsizliyi nöqteyi nəzərdən Ukraynada hərbi əməliyyatlar keçirməyə məcburdur. Rusiyanı elə bir vəziyyətə gətirdilər ki, Kreml Ukraynada hərbi əməliyyatın keçirilməsi ilə əlaqədar olaraq qərar qəbul elədi. Ona görə də mən Rusiyanın haqlı mövqeyini müdafiə edirəm, düşünürəm ki, şimal qonşumuz öz dövlət təhlükəsizliyini təmin etmək üçün Ukraynada xüsusi əməliyyatın keçirilməsinə məcbur oldu. Fikrimcə, Rusiyanın bu əməliyyatı keçirməyə haqqı var”.
Rauf Qurbanovun sözlərinə görə, artıq müharibənin dördüncü ayı gedir və avaşın ilk günlərində ictimaiyyətdə tamamilə başqa fikirlər var idi:
“Düşünürdülər ki, Rusiya Ukraynanı işğal eləmək istəyir. Rusiyanın Ukraynanın ərazisinə qanunsuz daxil olduğunu bildirirdilər. Bütün dünya Rusiyaya qarşı sanksiyalar tətbiq eləməyə başladı. Bulanıq su durulduqca, hadisələr araşdırıldıqca Qərb dünyası da müəyyən etiraflar etməkdədir. Yəni, görürlər ki, Ukraynanın yanında durmaq o qədər də məqbul iş deyilmiş. Ukraynadakı korrupsiya halları, orada faşizmlə bağlı elementlərin olması heç də gizli məsələ deyildi. Onlar da bunu gizlətmirdilər. Mən sadə ukraynalıları nəzərdə tutmuram. Söhbət hazırda Ukraynada hakimiyyətdə olan qüvvələrdən gedir. Mən Zelenskinin komandasının yürütdüyü siyasətdən narazıyam. Ona görə də hesab edirəm ki, Rusiyanın Ukraynada apardığı əməliyyat uğurla başa çatacaq. Ukrayna faşizm elementlərindən tamamilə təmizlənəcək. Orada xalqın dəstəyi ilə yeni hakimiyyət formalaşcaq. Eyni zamanda, Ukrayna xalqı xoşbəxt, firəvan yaşamağa layiqdir. Ortada işğal faktı yoxdur”.
AKP sədrinin fikrincə, İraqda, Əfqanıstanda, Suriyada aparılan müharibə ilə Ukraynada aparılan hərbi əməliyyatları müqayisə etmək lazımdır:
“Görün, harda üst-üstə düşən məqamlar var?! İraqda aparılan müharibədə bir milyondan artıq iraqlı məhv oldu. Onlar üçün yaşıl dəhliz, humanitar koridor da açılmamışdı. Dinc əhalinin oradan çıxarılması üçün şərait yaradılmamışdı. Yuqoslaviya bombardman edildi, milyonlarla insan həlak oldu. Amma dünyanın bu məsələdə gözü kor, qulağı isə kar oldu, səsini çıxarmadı. Kosovanı zorla Serbiyadan ayıraraq ona müstəqillik verdilər. Ancaq bu gün Rusiyanın Ukraynadakı əməliyyatlarına bütün dünya qarşı çıxır. Üstəlik, sanksiyalar da tətbiq edirlər. Rusiyalı tələbələr heç bir əsas göstərilmədən, qanunsuz olaraq universitetlərdən xaric olunurlar. Tutduğu vəzfiələrdən uzaqlaşdırılırlar. Özünü bütün dünyaya demokratiyanın beşiyi kimi sırımağa çalışan Amerik Birləşmiş Ştatlarına, Qərb dövlətlərinə bu cür hərəkətlərinə haqq qazandırmaq mümkün deyil”.
Balakən rayonunda ağır yol qəzası baş verib, 2 nəfər ölüb, 5 nəfər yaralanıb.
Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Belə ki, iyunun 25-də saat 1 radələrində Balakən rayonunun Talalar kəndi ərazisində E.Vəliyevin idarə etdiyi “VAZ-2103” və K.Əhmədovun idarə etdiyi “”Ford Transit” markalı avtomobillər toqquşub. Nəticədə E.Vəliyevin sərnişinləri İlqar Əhmədov və İbrahim Musayev hadisə yerində ölüb, hər iki sürücü və 3 sərnişin xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.
Publika.az xəbər verir ki, şairə Nazilə Səfərli Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Nazilə xanım, yaydır, harada istirahət etməyi planlaşdırırsınız?
- Xüsusi bir planım yoxdur. Əgər istirahətlə bağlı hər hansı planım olacaqsa, avqustda ola bilər. Həmin ərəfədə pulum hara çatarsa, ora gedəcəyəm. Bəzi şanslı insalar var ki, qış aylarında yay istirahəti üçün biletlərini alırlar, mən onlardan deyiləm. Heç vaxt altı at əvvəl səyahət paketi almamışam. Çünki qəfil ürəyim istəyəndə səyahətə çıxıram. Xasiyyətim belədir.
- Yaxın günlərdə oğlunuz ailə qurdu. Gəlininizlə səyahət etməyi düşünürsünüzmü?
- Gəlinimlə oğlumun ayrı səyahət paketi var, onlar gedirlər. Onlar ayrı ailədirlər.
- Oğlunuz ayrı yaşayır, onlara gedib-gəlirsinizmi? Ümumiyyətlə, necə qaynanasınız?
- Nə mən çox gedirəm, nə də onlar çox gəlir. Tez-tez bir adamı bezdirmək olmaz. Onun öz evidir və hələ öz evinə öyrəşməlidir, tam oturuşmalıdır. Gəlin qapılar gəzməz. Mənim evim də qapıdır. Gəlin öz evinə tam isinişər və ondan sonra gəzməyə başlayar. Həyat yoldaşı hər axşam harasa, parka və s. aparır. Rayona atasının evinə gedirlər, arada bizə də gəlirlər. Mən "takıntılı" insan deyiləm ki, deyim, gəlin harasa getdi, niyə getdi. Bu fikirlər məni qocaldar. Əgər gəlin bizimlə yaşasaydı, məsələn, yuxudan duranda səhər yeməyi hazır olacqqdı, süfrə açılacaqdı. Mən avtomatik olaraq passivləşirəm. Məsələn, bir gün gəlinin başı ağrıyır, süfrəni hazırlaya bilmir. Ay qız, hardasan, oyan, deyiləndə o zaman pis olursan. Mənə bu lazımdır?! Gəlin evdə olsa, mən qocalacam. Gəlin mənə hər zaman böyük kimi davranacaq. Orada oturmayın, burada oturun. Bu isə məni qocaldacaq.
Nə mən gəlinimə ayaqbağı olmaq istəyirəm, nə də o mənə. O, həyatını yaşasın. Nə zaman yardıma ehtiyacı olarsa, onların yanındayam. Yoxsa qaratikan kimi yanlarına gedim, bu mənlik deyil.
- Eşitdiyimizə görə, yenidən aparıcılığa başlayırsınız?..
- Heç zaman meyvələri mövsümündə yeməmişəm. Bəli, hamı tətilə çıxan ərəfədə mən verilişə başlayıram.
Amma hansı kanalda necə və hansı formartda olacağı haqda ipucu vermək istəmirəm. Veriliş iyulda başlayır və həftədə bir dəfə yayımlanacaq. Çox maraqlı bir layihədir. Mənim təfəkkürümə uyğun bir verilişdir və yaxşı da kanalda efirə gedəcək.
Füzulidə xeyli sayda silah-sursat aşkar edilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Publika.az-a verilən məlumata görə,
Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri növbəti tədbirlər zamanı tərk edilmiş hərbi mövqelərdən müxtəlif silah-sursatlar aşkar ediblər. Tapılan 5 avtomat, 3 qumbaraatan, 1 pulemyot, 1 tapança, 1 minaatan, 1 tank əleyhinə idarəolunan raket sistemi, 44 müxtəlif növ qumbaralar, 7 mərmi, 2959 müxtəlif çaplı patronlar və digər döyüş sursatları aidiyyəti üzrə təhvil verilib.
Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Arvana kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Publika.az-a verilən məlumata görə, ümumi çəkisi 1 ton 282 kiloqram olan 8756 ədəd xaş-xaş bitkisi kökündən çıxarılıb və yandırılaraq məhv edilib.
"Avropa İttifaqında, o cümlədən üzv dövlətlər arasında getdikcə daha çox fikir ayrılığı müşahidə oluna bilər, buna görə kompromislər tapılmalı və demokratik modeldən imtina edilməməlidir".
Publika.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron cümə günü Brüsseldə Aİ sammitindən sonra mətbuat konfransında bildirib.
"Ölkə liderləri görürlər ki, bizdə nəzərə çarpan şəkildə çatlar dərinləşir, bəzən güclüdür. Ancaq hamını inandırmaq və konstruktiv çoxluğu saxlamaq üçün kompromislər edilməlidir", - Makron bildirib.
Fransa prezidenti qeyd edib ki, hakim partiyanın Milli Assambleyada (Fransa parlamentinin aşağı palatası) çoxluğu itirməsi ölkə üçün yenilik olmayacaq.
"Hesab edirəm ki, Avropada liderlik var, amma hamımız ayıq olmalıyıq və liderliyi demokratiyanın qoyduğu məhdudiyyətlərlə müqayisə etməməliyik. Əks halda, liderliyi daha güclü olan ölkələri misal çəkmək olardı, amma onlar bizim qədər demokratik deyil.
Qitəmizin üzləşdiyi problemlər arasında ölkələrimizdəki siyasi problemləri Avropada liderliyin effektivliyi ilə müqayisə etməyəcəyəm. Düşünürəm ki, onlar bir-birini gücləndirirlər", - prezident bildirib.