• Şikayət et

Putin övladları Ukraynada ölən analara təsəlli verdi: “Hamımız öləcəyik...”

Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə müharibədə iştirak edən hərbçilərin anaları ilə görüşündə deyib ki, hər kəs nə vaxtsa "bu dünyanı tərk edəcək”, lakin həyatın necə yaşandığı məsələsi hələ də vacib olaraq qalır.

7News.Az bu barədə Rosbalt-a istinadla xəbər verir.

Prezidentin sözlərinə görə, "Bəzilərinin bu həyatda yaşamağıyla yaşamadığı heç hiss olunmur”.

"Ancaq sizin oğlunuz yaşadı və məqsədinə çatdı, - Putin, oğlu Donbasda ölən tədbir iştirakçısına müraciətlə deyib. - Bu o deməkdir ki, o, həyatdan boş yerə deyil, bir amal uğrunda gedib".

Eyni zamanda, dövlət başçısı Rusiyanın öz məqsədlərinə çatacağını bir daha bəyan edib.

Putinin sözlərinə görə, bu gün Rusiyada baş verənlər ölkəni təmizləmək və yeniləmək yoludur.
 

Mənbə:
0
49
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar