Danimarkanın paytaxtı Kopenhagendə “Field” ticarət mərkəzində silahlı hücum olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Danimarka polisi silahlı hücum nəticəsində çox sayda ölü və yaralı olduğunu açıqlayıb.

Bildirilib ki, hadisə yerinə çoxlu sayda təcili yardım və polis maşınları cəlb olunub.

Ticarət mərkəzində olanlardan polis gələnə qədər oranı tərk etməmələri istənilib.

Danimarka mediası hadisə yerində bir nəfərin saxlanıldığını açıqlayıb.

Ukrayna hərbçiləri Luqansk vilayətinin ən böyük şəhərlərindən biri olan Lisiçanskini tərk ediblər. Ukrayna Silahlı Qüvvələri şəxsi heyətin həyatını xilas etmək üçün mövqelərindən geri çəkilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı rəsmi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, Rusiya Silahlı Qüvvələrinin artilleriya, aviasiya, reaktiv yaylım atəşi sistemləri, döyüş sursatları və şəxsi heyətlə bağlı çoxsaylı üstünlüyü kontekstində şəhərin müdafiəsinin davam etdirilməsi ölümcül nəticələrə gətirib çıxaracaqdı.

Avstraliyanın Sidney şəhərində güclü yağış və daşqın səbəbindən on minlərlə insan təxliyə edilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Avstraliya Meteorologiya İdarəsi açıqlama verib.

Açıqlamada Nepean çayı boyunca daşqın riskinin ola biləcəyi və bölgədə təsirli olan küləyin sürətinin saatda 90 kilometrə çata biləcəyi bildirilib.

Yeni Cənubi Uels ştatının fövqəladə hallar naziri Stefani Kuk, “Bu, həyat üçün təhlükə yaradan fövqəladə haldır, biz sahil eroziyası, daşqın və çayların daşması da daxil olmaqla, çoxsaylı təhlükələrlə üzləşirik" deyib.

Şəhər sakinlərini zərurət olmadıqca səyahət etməməyə çağıran Kuk, son 24 saat ərzində 83 xilasetmə əməliyyatının aparıldığını və 3000-dən çox yardım müraciətinə cavab verildiyini qeyd edib.

“Zirə” futbolçusu Sərtan Taşkınla müqavilənin müddətini uzadıb.

“Qafqazinfo” klubun rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Sərtan Taşkın 2020-ci ilin yayından “Zirə”də oynayır.

Bakının Yasamal rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, qəza Cəfər Cabbarlı küçəsində qeydə alınıb.

1992-ci il təvəllüdlü İsmayılov Elçin Eldar oğlu piyada zolağından istifadə edərək yolun əks tərəfinə keçərkən onu “Toyota” markalı avtomobil vurub. Aldığı xəsarətlərdən yerə yıxılan piyadanın üzərindən digər nəqliyyat vasitəsi keçib. Piyada onurğa beyninin sümüyünün, ayaq və qol nahiyələrinin sınıqları diaqnozu ilə 1 saylı Şəhər Xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirir.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində avtotexniki ekspertiza təyin edilib.

Avstraliya 16 rusiyalı nazirə qarşı sanksiya tətbiq edəcək.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Avstraliyanın Baş naziri Entoni Albanese açıqlama verib.

“Avstraliya daha 16 rusiyalı nazir və oliqarx üçün sanksiya və səyahət qadağası tətbiq edəcək. Avstraliyanın sanksiya tətbiq etdiyi rusların ümumi sayı 843 nəfərə çatacaq”, - Baş nazir qeyd edib.

Qeyd edək ki, Avstraliyanın Baş naziri Ukraynaya 14 zirehli transportyor və 20 “Bushmaster” maşını təhvil verəcəyini vəd edib.

Bu gün Bakıda keçirilən “IronWind 70.3” turnirində bəzi nazirlərimiz də qüvvəsini sınayıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev sosial şəbəkədə paylaşım edib.

“İdman tariximizdə ilk dəfə olaraq bu gün 3 nazir yarışda qüvvəsini sınayıb. Müdafiə sənayesi naziri Mədət Quliyev, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, gənclər və idman naziri Fərid Qayıbov “IronWind 70.3” triatlon turnirində iştirak ediblər”, -deyə nazirlik sözcüsü qeyd edib.

Zaqatalada sərxoş piyadanı maşın vurub.
“Qafqazinfo”nun məlumatına görə, hadisə bu gün Zaqatala şəhər ərazisində baş verib.

Beləki, Dağlı kənd sakini 1994-cü il təvəllüdlü Kazımov Ruslan Hüseyn oğlunu “VAZ-21099” markalı minik avtomobili vurub.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyətinin ağır oldugu bildirilib.

Yaralının hadisə baş verən zaman sərxoş olduğu deyilir.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Bu gün Bakıda keçirilən “IronWind 70.3” turnirində 3 nazir də qüvvəsini sınayıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev sosial şəbəkədə paylaşım edib.

“İdman tariximizdə ilk dəfə olaraq bu gün 3 nazir yarışda qüvvəsini sınayıb. Müdafiə sənayesi naziri Mədət Quliyev, yüksək texnologiyalar və nəqliyyat naziri Rəşad Nəbiyev, gənclər və idman naziri Fərid Qayıbov “IronWind 70.3” triatlon turnirində iştirak ediblər”, -deyə nazirlik sözcüsü qeyd edib.

Alp dağlarının İtaliya tərəfindəki Marmolada təpəsində buz kütləsinin uçması nəticəsində ən azı 6 nəfərin öldüyü bildirilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 10 nəfərin itkin düşdüyü, axtarış-xilasetmə işlərinin davam etdirildiyi deyilir.

İtaliyanın bir müddətdir həddindən artıq isti hava və quraqlığın təsiri altında qaldığı vurğulanaraq, dünən Marmolada təpəsində hava istiliyinin 10 dərəcə ilə ən yüksək həddə çatdığı qeyd edilib.

Qeyd edək ki, Marmoladanın zirvəsində yerləşən buzlaq İtaliyanın ən böyük buzlaqlarından biri kimi tanınır. İtaliyanın Padova Universitetinin alimləri 2020-ci ilin sentyabrında verdikləri açıqlamada Marmoladadakı buz kütləsinin 15 ildən sonra yox ola biləcəyi barədə xəbərdarlıq etmişdilər.

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində otluq və qamışlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

“Qafqazinfo” xəbər verir ki, bu haqda FHN məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Bakı şəhərinin Nizami rayonunda otluq və qamışlıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

İlkin məlumata əsasən, təqribən 1 ha ərazidə quru ot və 400 m² sahədə qamış yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Bu gün saat 18 radələrində 1985-ci il təvəllüdlü Aynurə Əliyarovanın paytaxtın Suraxanı rayonu ərazisində yaşadığı ünvanda xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Suraxanı rayon prokurorluğundan “Qafqazinfo”ya daxil olan məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1978-ci il təvəllüdlü Sahil Məmmədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Aynurə Əliyarovanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Sahil Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Bu gün saat 18 radələrində 1985-ci il təvəllüdlü Aynurə Əliyarovanın paytaxtın Suraxanı rayonu ərazisində yaşadığı ünvanda xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Suraxanı rayon prokurorluğundan “Qafqazinfo”ya daxil olan məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1978-ci il təvəllüdlü Sahil Məmmədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Aynurə Əliyarovanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Sahil Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Avropa İttifaqının Ukraynanın yenidən qurulması üçün yardımı 500 milyard avronu keçə bilər.

“Qafqazinfo” “Bloomberg”ə istinadən xəbər verir ki, Kiyev iyulun 4-5-də İsveçrənin Luqano şəhərində ölkənin yenidən qurulması forumunda bərpa planını təqdim edəcək.

Bildirilib ki, 2000 səhifəlik sənəd infrastruktur və təhlükəsizlik layihələrinin, iqlimə və rəqəmsal iqtisadiyyata investisiyaların, enerji resurslarının şaxələndirilməsinin geniş siyahısını nəzərdə tutur.

Aİ rəsmiləri Ukraynanı keçən ay rəsmi olaraq namizəd kimi tanıyan 27 üzvlü blokun ona 500 milyard avrodan (523 milyard dollar) çox ola biləcək ümumi maliyyə yardımının əsas hissəsini təmin edəcəyini bildirib.

NASA-nın uçuş mühəndislərindən biri olan Jessica Vatkins Beynəlxalq Kosmik Stansiyada torpaqdan istifadə etmədən bitki yetişdirməkdə uğur qazanan ilk astronavt olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, o, “XROOTS” adlı sistemin köməyi ilə kosmik tərəvəzlər yetişdirib.

“XROOTS təcrübəsi fevral ayında başladılıb və 4-6 ay ərzində ilk məhsullarını verib.

Toxumların inkişafının başlanğıcından məhsul yığımına qədər sistemdə yalnız hidroponik və aeroponik üsullardan istifadə edilib.

Qeyd edək ki, “hidroponika” torpaqdan istifadə etmədən suda minerallarla bitki yetişdirmək, “aeroponika” isə havada və ya dumanda oxşar şəkildə böyümək deməkdir.

NASA rəsmiləri “Sierra Space” adlı özəl şirkət tərəfindən hazırlanan sistemin eksperimental olduğunu vurğulayıblar.

İsveçrənin Arosa şəhərində batut gimnastikası üzrə keçirilən Dünya kubokunda batutçumuz Selcan Mahsudova final çıxışının yekununa əsasən beşinci pillədə qərarlaşıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.

Bildirilib ki, idmançımız bu il iştirak etdiyi dörd Dünya kubokundan üçündə topladığı xalların cəminə əsasən Beynəlxalq Gimnastika Federasiyasının kubokuna (FIG) layiq görülüb.

Türkiyə Ukrayna taxılının daşındığı iddia edilən Rusiya yük gəmisini saxlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar məlumat yayıb.

“Biz Türkiyə ilə tam əməkdaşlıq edirik. Hazırda gəmi limanın girişində dayanır. O, Türkiyə gömrük orqanları tərəfindən saxlanılıb”, - səfir bildirib.

Bodnar əlavə edib ki, Rusiya gəmisinin taleyi müstəntiqlərin bazar ertəsi, iyulun 4-də keçiriləcək iclasında həll olunacaq.

Türkiyənin İzmir şəhərinin Ödəmiş rayonunda meşə və kolluq ərazidə naməlum səbəbdən yanğın baş verib.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, yanğına İzmir Meşə Region Müdirliyinə aid 4 helikopter, 4 təyyarə və 20 su çiləyicisi ilə müdaxilə edilməyə başlanılıb.

Digər tərəfdən, Seferihisarın Bəylər məhəlləsi yaxınlığındakı meşəlik ərazidə baş verən yanğın qrupların havadan və qurudan müdaxiləsindən sonra qısa müddətə nəzarət altına alınıb.

Küləyin təsirli olduğu bölgədə yanğın qrupların havadan və qurudan müdaxiləsi nəticəsində nəzarət altına alınıb.

Digər tərəfdən, Meşə Ümumi Müdirliyinin tviter hesabında Ödəmişdə baş verən yanğınla əlaqədar yazıda, “Tez müdaxilə edildi, 149 dəqiqə ərzində nəzarət altına alındı” qeyd olunub.

Türkiyə Ukrayna taxılının daşındığı iddia edilən Rusiya yük gəmisini saxlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar məlumat yayıb.

“Biz Türkiyə ilə tam əməkdaşlıq edirik. Hazırda gəmi limanın girişində dayanır. O, Türkiyə gömrük orqanları tərəfindən saxlanılıb”, - səfir bildirib.

Bodnar əlavə edib ki, Rusiya gəmisinin taleyi müstəntiqlərin bazar ertəsi, iyulun 4-də keçiriləcək iclasında həll olunacaq.