• Şikayət et

“Qarabağ” braziliyalı futbolçu üçün bir milyon dollara yaxın pul xərcləyəcək

"Qarabağ” Braziliyanın "Nautiko” klubunun futbolçusu Raldneylə anlaşıb.
 
AZXEBER.COM Oxu.az-a istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi iyulun 1-dən Ağdam komandasına qoşulacaq.

Bunun üçün "Qarabağ”ın qarşı tərəfə bir milyon dollara yaxın təzminat ödəyəcəyi bildirilib. Çünki dayaq yarımmüdafiəçisinin "Nautiko” ilə 2023-cü ilin yayınadək müqaviləsi var.

Qeyd edək ki, "Qarabağ” daha əvvəl monteneqrolu hücumameyilli mərkəz yarımmüdafiəçisi Marko Yankoviçi transfer edib.
Mənbə:
0
107
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar