"Qarabağ"ın AEL-lə səfər oyunu başqa şəhərə keçirildi

Kiprdə AEL və "Qarabağ" arasında keçiriləcək UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununun yeri dəyişdirilib.

Sportinfo.az xəbər verir ki, qarşılaşma bu dəfə Limassol şəhərində təşkil olunmayacaq.

Avqustun 5-də Larnaka şəhərindəki "AEK Arena"da gerçəkləşəcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

AEL Limassol şəhərinin təmsilçisidir. Bu komanda rəqiblərini 13 500 tamaşaçı tutumuna malik "Tsirion" stadionunda qəbul edir.

"Şirlər"in Konfrans Liqasının II təsnifat mərhələsində Albaniya "Vlajniya"sını 1:0 hesabı ilə yendiyi görüş məhz doğma meydanında gerçəkləşib.

"AEK Arena" isə 7400 nəfərlikdir. 2020/2021 mövsümündə "Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsində Norveç "Molde"sini məhz bu stadionda qəbul edib.

Bir oyundan ibarət cütün taleyi penaltilər seriyasında rəqibin xeyrinə həll olunub - 6:5.

Mənbə:
0
51
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar