“Qaz istehlakı ilə ölkədə yoxsulluğun real miqyası arasında korrelyasiya qurmaq bəzi səbəblərdən yanlış ola bilər” - Ekspert

""Azərişıq"ın bu günkü açıqlamasında maraqlı bir rəqəm diqqətimi çəkdi. Şirkət bildirir ki, əhali abonentlərinin 63%-nin aylıq istehlakı 200 kv.saatadək təşkil edir. Nazirlər Kabinetnin 2005 cil ildə təsdiqlədiyi qərarla aztəminatlı vətəndaşların hər nəfəri üçün aylıq minimum yol verilən enerji istehlakı norması 50 kv.saatdır - yəni orta statistik ailə (4 nəfərlik) üçün bu göstərici 200 kv.saatdır".

Pravda.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Rövşən Ağayev məlumat verib.

O bildirib ki, hazırda ölkədə təxminən 2.6 milyon elektrik enerjisi abonenti qeydiyyatdadır: "Bunun 63 faizi və ya təxminin 1.6 milyonu aşağı istehlaklı (aztəminatlı kateqoriyasına uyğun) abonentlərə uyğun gəlir. Qaz istehlakı ilə ölkədə yoxsulluğun real miqyası arasında korrelyasiya qurmaq bəzi səbəblərdən yanlış ola bilər. Arqument gətirlilə bilər ki, əhali yüksək izolyasiyalı mənzillərdə yaşamağa çalışırı ki, az qaz məsrəfi olsun. Yaxud mərkəzləşdirilmiş istilik ssistemindən istifadə edənlər bu göstəriciyə təsir edir. Kimsə deyə bilər ki, evlərin qızdırılmasında elekttrik də istifadə edənlər çoxdur və s.

Lakin elektrik enerjisinə münasibətdə bu arqumentlər keçərli deyil. Xüsusən isti aylarda kondinsionerdən istifadə orta aylıq enerji istehlakı göstəricisini yüksəldir. Əgər ölkədə hər 3 abonentdən 2-nin istehlakı aztəminatlı təbəqə normativinə uyğun gəlirsə, ölkədə əhalinin rifahı və yoxsulluğun real miqyası barədə daha aydın təsəvvür yaranır".

Ekspert qeyd edib ki, burada nəzərə alınmalı faktorlar var: "Məsələn, enerji sektoruda çalışan vəzifəli şəxsin mənə dediyi bir fakt budur ki, bəzi ərazilərdə (xüsusən Bakıətrafında) mənzillərin 15-20 faizi boşdur və ya davamlı yaşayış yoxdur. Belə abonentlərin aylıq sayğac göstəricisi adətən 0-100 kv.saat intervalında dəyişir. Kəndlərdə də miqrasiya hesabına 0 istehlaklı sayğaclar kifayət qədərdir. Başqa bir amil son illərdə qənaətli cihaz və lampalardan istifadəyə keçid sürətlənib.

Nəhayət bir iddia da bu ola bilər ki, 1-2 nəfərlik ailə üzlərindən ibarət abonentlərin sayı da xeylidir. Hərçənd ki, 2009-cu ilin siyahıya alınmasının nəticələrinə görə üzvlərinin sayı 3 və daha çox olan ailələrin sayı böyük əksəriyyət təşkil edir. Amma hətta bu amillər nəzərə alındıqda belə, yenə də aztəminatlı abonent statusuna uyğun gələn əhalinin xüsusi çəkisi kifayət qədər yüksəkdir. Hökumətin 5 faiz yoxssulluq rəqəminin gerçəkdən nə qədər uzaq olduğunu real göstərən çox azsaylı açıq faktlardan biri şübhəsiz ki, aşağı enerji istehakı səviyyəsidir".

Mənbə:
0
192
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar