Qazaxıstan İngiltərəyə müntəzəm uçuşları bərpa edir

Qazaxıstanın “Air Astana” aviaşirkəti İngiltərəyə müntəzəm uçuşları bərpa edir.

Xeberoxu.Az xəbər verir ki, Qazaxıstanın “Air Astana” aviaşirkəti Nursultan Nazarbayev Beynəlxalq Hava Limanından Hitrou (London) Beynəlxalq Hava Limanına birbaşa uçuşları 2021-ci il sentyabrın 18-dən etibarən həftədə 2 dəfə - çərşənbə və şənbə günləri bərpa edəcək.

Qeyd edək ki, Qazaxıstandan 16 ölkəyə 44 marşrut üzrə həftədə 184 uçuş tezliyi ilə beynəlxalq hava nəqliyyatı həyata keçirilir.

Xatırladaq ki, Qazaxıstanın aviasiya sənayesi ölkədə fövqəladə vəziyyətin tətbiq edilməsindən sonra zərər çəkmişdi. 2020-ci ilin aprel ayından etibarən Qazaxıstanda sərnişin aviadaşımaları 96 faiz azalıb. Ötən ilin may ayında daxili marşrutların bərpa edilməsinə baxmayaraq, sərnişin daşımaları keçən ilin analoji göstəricisinin 53 faizini təşkil edib.


Mənbə:
0
617
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar