Qəbiristanlıq kül oldu - Şəhidin məzarı və türk bayrağı YANMADI (VİDEO)

Ötən gündən bəri Türkiyəni cənginə bürüyən meşə yanğınlarının söndürülmə işləri davam etdirilir.  

Unikal.org xəbər verir ki,  qardaş ölkədən gələn görüntülər hər kəsin ürəyini  dağlayıb.  Belə  ki,  meşədə yerləşən qəbiristanlıq yanğın nəticəsində  yararsız hala düşüb. Lakin hər  kəsin diqqətini  çəkan məqam isə həmin qəbiristanlıqda yerləşən şəhid məzarının yanmamasıdır. 

2018-ci ilin oktyabrın 27-də donaraq şəhid olan Mersinli əsgər Fərrux Dikmənin məzarı və baş ucundakı türk bayrağı şiddətli yanğına baxmayaraq, yanmayıb. Bununla bağlı sosial şəbəkələrdə  video yayılıb. İnsanlar qəbiristanlığın tamamilə kül olduğunu, yalnız şəhid məzarının  yanmamasını dilə gətiriblər.  

Mənbə:
0
902
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar