• Şikayət et

QHT-lər qeydiyyatın elektronlaşdırılması ilə bağlı bəyanat yayıb

QHT-lərin qeydiyyatının elektronlaşdırılması ilə bağlı

Bəyanat

Bakı şəhəri, 06 sentyabr 2021-ci il

Cəmiyyətin, vətəndaşların aktivliyində ictimai birliklər, fondlar, xeyriyyə cəmiyyətləri çox böyük rol oynayırlar. Hökumətin, özəl şirkətlərin görə bilmədiyi, gündəmə gətirməkdə çətinlik çəkdiyi, diqqətdən qaçırdığı məqamlarda QHT-lərin müdaxiləsi kifayət qədər effektiv nəticə verir.

Təsis edilən və dövlət qeydiyyatına alınan hər bir QHT ictimai fəallığın daha da artmasına səbəb olur. 30 ilə yaxındır ki, ictimai birliklər öz fəaliyyətlərilə cəmiyyətin maariflənməsində, formalaşmasında və inkişafında müstəsna rol oynayırlar. Nəticədə qazanan Azərbaycan cəmiyyəti və dövləti olur.

Bütün bu məqamlardan çıxış edərək QHT-lərlə bağlı qanunvericilikdə qeydiyyat prosesinin sadələşdirilməsinə çağırırıq. İnternet imkanlarının genişləndiyini, elektron hökumət prosesinin tətbiq edildiyini nəzərə alaraq ictimai birliklərin dövlət qeydiyyatının elektronlaşdırılmasını təklif edirik. Hesab edirik ki, qeydiyyat prosesinin elektronlaşdırılması, məmur-vətəndaş təmaslarının minimuma endirilməsi III sektorun inkişafında yeni bir mərhələnin başlanğıcı olacaq.

 

Mübariz Göyüşlü
Müasir İnkişaf Birliyi,

 

Elman Cəfərli
Yaşıl Dünya Ekoloji Maarifləndirmə Birliyi,

 

Elçin Xalidbəyli
“Müstəqil Mətbuat Mərkəzi” İctimai Birliyi,

 

Fuad Hüseynzadə
Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi təşkilatı,

 

Dəyanət Osmanlı
Türk Dünyası İnfo təşkilatı,

 

Əlövsət Allahverdiyev
“Uğur” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi,

 

Aqil Eyvazov
İqtisadiyyat və Hüquq təşkilatı,

 

Bəxtiyar Həsənov
Sosial İnkişafa Dəstək təşkilatı,

 

Namiq Sərdarlı
Könüllülük Fəaliyyətinin Təbliği gənclər birliyi,

 

Eldəniz Salmanov
Türk Dövlətlərilə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti,

 

Zaur Orucov
Zərərli vərdişlərə qarşı mübarizə İctimai Birliyi

 

Sərxan Carçı
“Carçı” Tarix və Mədəniyyət Araşdırmaları Mərkəzi

Mənbə:
0
8275
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar