• Şikayət et

Qiyamət tarixini təxmin edən proqram - Nyuton dünyanın sonu ilə bağlı nə demişdi ?

Qiyamət tarixini təxmin edən proqram - Nyuton dünyanın sonu ilə bağlı nə demişdi ?

Qiyamətin nə vaxt və hansı səbəblərlə qopacağı insanları ən çox maraqlandıran mövzulardan biri olub. Dünyanın sonu ilə bağlı müxtəlif fərziyələr olsa da, heç kəsin bu məsələ ilə bağlı dəqiq məlumatı yoxdur. İngilis fiziki İsaak Nyutonun 1700-cü illərdə və bir sıra professorların 1970-ci illərdəki apardıqları araşdırma qiyamətin ümumi tarixinə işarə edir.


İngilis alimi, Cazibə Qanununun ixtiraçısı İsaak Nyuton 1704-cü ildə bir sıra riyazi hesablamalardan istifadə edərək 2060-cı ildə dünyanın sonunun gələcəyini proqnoz verib.
 

Nyuton bu proqnozu verərkən dövrün müqəddəs kitablarından istifadə etmişdi. Buna görə də onun dedikləri müasir fizika və astronomiyanın əsaslarından uzaq olduğu üçün o illərdə çox da ciddiyə alınmırdı.
 

Bununla belə, başqa alimlərin də fikrincə Nyutonun proqnozundan 300 il sonra xristianlığın müqəddəs kitabı olan “İncil”dəki bəzi kodlar dünyanın sonu olduğunu bildirir. Artan əhali və azalan təbii sərvətləri nəzərə alsaq, elm adamları demək olar ki, dünyanın sonunun yaxınlaşması fikri ilə razılaşırlar.
 

1973-cü ildə zəngin sənayeçilərin və alimlərin elit qrupunun üzvü olduğu “Roma Klubu” planetin müxtəlif ekoloji problemlərini tədqiq edirdi. Bu tədqiqatların nəticəsində onlar dünyanın sonunun yaxınlaşdığına inanırdı. Alimlər həmçinin texnologiyanın yüksək inkişafı və iqlim dəyişikliyinin, canlıların varlığına təhlükə yaradan bir sıra problemlərin dünyanın sonunu gətirəcəyindən əmin idi. Buna əsaslanaraq “Roma Klubu” və Massaçusets Texnologiya İnstitutunun (MIT) alimləri sivilizasiyanın süqutunu proqnozlaşdıran kompüter proqramı hazırlayıblar.


Təsadüfən hazırlanmış kompüter proqramı da Nyutonun 1704-cü ildə verdiyi proqnozu kimi eyni ilə işarə etmişdir: 2060-cı illər.
 

Qiyaməti proqnozlaşdıran kompüter proqramı dünyanın 2060-cı ilə qədər sonunun ola biləcəyi barədə məlumatlar əldə edib. Ətraf mühitin çirklənməsi və doğum nisbətinin azalması kimi faktorları araşdıran qabaqcıl alqoritmdən istifadə edən proqram sivil həyata açıq şəkildə son qoyur.

 

Ətraflı

 

Alimlər tərəfindən hazırlanan proqramda müxtəlif amillər, o cümlədən təbii ehtiyatların tükənməsi nəzərə alınıb və planetin kritik dövrdə olduğu bildirilib. Proqrama görə, bəşəriyyət heç nə etməsəydi, bütün planetin həyat keyfiyyəti sıfıra enərdi. Xüsusilə 2000-ci illər təhlükənin artdığı dövr olardı.
 

1970-ci illərdən bəri çox danışılan bu proqramın qiyamət haqqında necə modelləşdirmə proqnozları verə biləcəyi və onun mənbəyinin nə olduğu mövzusu müxtəlif suallar doğururdu. Proqramın yaradıcısı, alqoritm mühəndisi və kvant tədqiqatçısı professor Corc Davila Durendalın mövzu ilə bağlı izahı belə olmuşdur:


"Mənim ixtira etdiyim süni intellekt Müqəddəs Kitabdan yaradılıb. Bu proqram Müqəddəs Kitabı oxuyaraq hər bir detalı öyrəndi. Mən süni intellektə bəşəriyyətin varlığını dərindən sarsıdan məsələlər haqqında proqnozlar yazmağı tapşırdım. Həmin mövzulardan biri də Qiyamət Günü idi”.
 

Öz sahələrində mütəxəssis olan professorların yaratdığı bu proqram 2020-ci ilə qədər dünyada ciddi iqlim böhranının olacağını proqnozlaşdırırdı. Çoxları belə hesab edir ki, bu gün yaşanan iqlim problemləri silsiləsi bu proqramın səhv edilmədiyini açıq şəkildə göstərir. Kompüter proqramının düzgün proqnozlaşdırılması isə qiyamət ehtimalı ilə bağlı sualları gündəmə gətirib. Kompüterdəki məlumatlara görə, qiyamət dünyanın iqlim böhranına girdiyi 2060-cı ildə baş verəcək.
Dünyanın sonunu proqnozlaşdıran bu proqramı astronom Royal Martin Rees də təsdiqləyib. Royal Martin Rees hesab edir ki, planet böyük çətinliklərinin öhdəsindən gələ bilsə, bəşəriyyət çox uzun müddət yaşamaq potensialına malikdir. Lakin kompüter proqramına uyğun olaraq hansı tədbirlər görülsə də, gözlənilən bitmə tarixi dəyişməyəcək.

0
745
1
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar