Cüdo üzrə Azərbaycanın böyüklərdən ibarət milli yığma komandası Açıq Avropa turnirini birinci yerdə başa vurub.
Qol.az xəbər verir ki, Rumıniyanın Kluj-Napoka şəhərində keçirilən Açıq Avropa turnirinin son günündə -90 kq çəki dərəcəsində mübarizə aparan Murad Fətiyev finalda kanadalı Aleksandr Arensibiaya qalib gələrək qızıl medala sahib olub.
İki günün nəticəsinə görə millimiz Açıq Avropa turnirini 3 qızıl, 3 bürünc medalla tamamlayıb.
32 ölkənin iştirakı ilə keçirilən beynəlxalq turnirdə Azərbaycan millisi birinci yerdə qərarlaşıb.
Xatırladaq ki, turnirin ilk gününündə Nazir Talıbov (-60 kq) və Telman Vəliyev (-73 kq) qızıl, Rəşad Yelkiyev (-60 kq), Ruslan Paşayev (-66 kq) və Nəriman Mirzəyev (-73 kq) bürünc medal qazanıblar.
</meta>
"Neftçi" Gürcüstan millisinin üzvü Solomon Kvirkveliyanı transfer edib.
Qol.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Onunla imzalanan müqavilənin detalları açıqlanmayıb.
30 yaşlı mərkəz müdafiəçisi Rusiyanın “Rubin”, “Nefteximik”, “Lokomotiv” (Moskva), “Rotor”, Ukraynanın “Metallist 1925” klublarında çıxış edib. Onun son klubu vətənində “Qaqra” olub. Kvirkveliya 2014 və 2017-ci illərdə Gürcüstanın ən yaxşı futbolçusu seçilib.
</meta>
"Çelsi"nin futbolçusu Markos Alonso "Barselona"ya keçməyə yaxındır.
Qol.az "Sport"a istinadən xəbər verir ki, 31 yaşlı futbolçu karyerasını Kataloniya təmsilçisində davam etdirəcək. Klub bu transfer üçün "Çelsi"yə 10 milyon avro ödəyəcək. Bununla bağlı klublar arasında razılıq əldə olunub.
Qeyd edək ki, Markos 2016/2017 mövsümündən "Çelsi"də oynayır. İspan oyunçu London klubunda 211 oyuna çıxıb, 29 qol vurub və 23 qolun ötürməsini verib.
</meta>
"Bavariya", "Çelsi" və PSJ yay transfer pəncərəsində "Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldonu almaq variantından imtina ediblər.
Qol.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano özünün "Tvitter" hesabında yazıb.
Bildirilib ki, Münhen klubunun rəhbərliyi portuqaliyalı futbolçunun yaşını əsas gətirərək bundan imtina edib. "Çelsi" Ronaldonu almaq istəmir, buna baş məşqçi Tomas Tuhel qarşı çıxıb. Həmçinin 37 yaşlı futbolçunun agenti Jorje Mendeş PSJ-yə oyunçunu təklif etsə də, parislilər daha bir hücumçu ilə maraqlanmadığını vurğulayıb.
</meta>
İtaliyanın paytaxtı Romada keçirilən güləş üzrə U-20 Avropa çempionatı sona çatıb.
Qol.az xəbər verir ki, altıncı yarış günündə 61, 74, 86, 92 və 125 kq-da yer alan sərbəst güləşçilər mübarizəyə qoşulub.
Ramik Heybətov (61 kq) ilk görüşdə kosovolu Fatlum Brakaya heç bir şans tanımayıb - 13:0. Heybətov 1/4 finalda almaniyalı Marsel Vaqini üstələyib - 4:2. Ancaq yarımfinalda fransalı Xamzat Arsamerzoyevə sonuncu xal prinsipinə əsasən məğlub olub - 3:3. Ramik türkiyəli Abdullah Topraka minimal fərqlə (1:0) qalib gələrək Avropa çempionatının bürünc medalını qazanıb.
Cəbrayıl Qadjiyev (74 kq) yunan Georgios Terzidisə (10:0) və Luka Finizioya (11:0) tam üstünlüklə qalib gəlib. Qadjiyev 1/4 finalda rumıniyalı Kristian Birodan güclü olub - 6:2. Yarımfinalda türkiyəli Muhammed Özmuşu 7:0 hesabıyla məğlub edən təmsilçimiz adını finala yazdırıb. Cəbrayıl finalda moldovalı Georgi Karayla qarşılaşıb. Rəqibinə tam üstünlüklə (11:0) qalib gələn Qadjiyev 2-ci dəfə Avropa çempionu olub.
Xatırladaq ki, Cəbrayıl ötən il Dortmundda keçirilən analoji yarışda da Avropa çempionatının qızıl medalına sahib çıxmışdı.
Fərid Cabbarov (86 kq) 1/8 finalda almaniyalı Daniel Fişerə minimal fərqlə (2:1) qalib gəldikdən sonra gürcü Daviti Koquaşviliyə uduzub - 3:5. Ancaq rəqib finala yüksəldiyi üçün Cabbarov təsəlliverici görüşə çıxıb. Macar Nandor Hayduku (10:0) çətinlik çəkmədən mübarizədən kənarlaşdıran Fərid bürünc medal uğrunda qarşılaşmada ukraynalı Nazar Doda uduzub - 3:5.
Abdulcəlil Şabanov (92 kq) ilk görüşdə ukraynalı Denis Sahaliuka (0:4), Aslan Abakarov (125 kq) isə bolqar Georgi İvanova (4:7) məğlub olub.
Beləliklə, sərbəst güləş üzrə gənclərdən ibarət komandamız qitə birinciliyinin son günündə 1 qızıl və 1 bürünc medal qazanıb.
</meta>
</meta>
Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində bu gün növbəti görüşünü keçirib.
Qol.az xəbər verir ki, 35 yaşlı qrossmeyster 13-cü turda ağ fiqurlarla ABŞ şahmatçısı Fabiano Karuana ilə qarşılaşıb və 31-ci gedişdə heç-heçə edib. Rəcəbov 13 turda 9 heç-heçə edib, 2 dəfə qalib gəlib, 2 dəfə uduzub. Onun hazırda 6,5 xalı var.
Bu gün İddiaçılar Turnirinin qalibi də müəyyənləşib. FİDE bayrağı altında mübarizə aparan Yan Nepomnyaşi 13-cü turda macar Rixard Rapportla heç-heçə edərək xalını 9-a çatdırıb. Bununla da o, son turun nəticələrindən asılı olmayaraq, rəqibləri üçün əlçatmaz olub.
</meta>
“Qəbələ” 2022/23 mövsümünün hazırlığını davam etdirmək üçün Türkiyəyə yollanıb.
Qol.az xəbər verir ki, Boluda təlim-məşq toplanışı keçirəcək “qırmızı-qaralar” iyulun 13-dək qonşu ölkədə hazırlaşacaq. Komanda Boludakı oteldə məskunlaşacaq.
Hazırlıq prosesində “Qəbələ” iki yoxlama oyunu keçirəcək. “Qəbələ” iyulun 5-də Türkiyənin “Qaziantep”, 12-də Rumıniyanın “Çiksereda” klubu ilə qarşılaşacaq.
Xatırladaq ki, UEFA Konfrans Liqasında qüvvəsini sınayacaq “qırmızı-qaralar” II təsnifat mərhələsində Macarıstan təmsilçisi “Fehervar”la görüşəcək. İlk oyun iyulun 21-də səfərdə, cavab qarşılaşması bir həftə sonra Qəbələdə baş tutacaq.
</meta>
Millimizin futbolçusu Dmitri Nazarovun formasını geyindiyi "Erzgebirge" növbəti yoxlama oyununa çıxıb.
Qol.az xəbər verir ki, yeni mövsüm Almaniya 3-cü liqasında mübarizə aparacaq Aue klubu ölkənin bölgə liqası təmsilçisi "SV Leukersdorf"la qarşılaşıb. Matç "Erzgebirge"nin 29:0 hesablı qələbəsi ilə başa çatıb.
Nazarov start heyətdə meydana çıxıb və 2-ci hissədə əvəzlənib. 14 qolun vurulduğu ilk hissədə millimizin üzvü də het-trik edib. O, 8, 22, 36-cı dəqiqələrdə fərqlənib.
</meta>
Millimizin futbolçusu Dmitri Nazarovun formasını geyindiyi "Erzgebirge" növbəti yoxlama oyununa çıxıb.
Qol.az xəbər verir ki, yeni mövsüm Almaniya 3-cü liqasında mübarizə aparacaq Aue klubu ölkənin bölgə liqası təmsilçisi "SV Leukersdorf"la qarşılaşıb. Matç "Erzgebirge"nin 29:0 hesablı qələbəsi ilə başa çatıb.
Nazarov start heyətdə meydana çıxıb və 2-ci hissədə əvəzlənib. 14 qolun vurulduğu ilk hissədə millimizin üzvü də het-trik edib. O, 8, 22, 36-cı dəqiqələrdə fərqlənib.
</meta>
Türkiyənin Konya şəhərində 9-18 avqust tarixlərində təşkil olunacaq V İslam Həmrəyliyi oyunlarında mübarizə aparacaq 23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının rəqibləri müəyyənləşib.
Qol.az xəbər verir ki, millimiz B qrupunda Marakeş, İran və Səudiyyə Ərəbistanı komandaları ilə mübarizə aparacaq.
Millimizin oyunların təqvimini nəzərinizə çatdırırıq:
8 avqust
19:00.İran – Azərbaycan
10 avqust
17:00. Səudiyyə Ərəbistanı – Azərbaycan
12 avqust
15:00. Mərakeş – Azərbaycan
14 avqust
19:00. Yarımfinal
16 avqust
16:00. Üçüncü yer
Saat
19:00. Final
Qeyd edək ki, oyunların başlama saatı yerli vaxtla göstərilib.
</meta>
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində (EBSL-2022) çıxışını başa vurub.
Qol.az xəbər verir ki, seçmə mərhələnin son oyununda İspaniya millisi ilə qarşılaşan komandamız 4:6 hesabı ilə məğlub olsa da, Superfinala vəsiqə qazanıb. Millimizin heyətində Orxan Məmmədov, Sabir Allahquliyev, Emin Mehdiyev və Comərd Baxşəliyev fərqlənib.
Qeyd edək ki, Superfinal 6-11 sentyabr tarixlərində İtaliyanın Alghero şəhərində keçiriləcək.
Xatırladaq ki, Azərbaycan yığması seçmə mərhələnin ilk turunda İtaliyaya 3:7 hesabı ilə uduzsa da, növbəti turda Almaniyaya 6:5 qalib gəlmişdi.
</meta>
"Zirə" futbolçusu Sərtan Taşkınla müqavilənin müddətini uzadıb.
Qol.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 24 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Sərtan Taşkın 2020-ci ilin yayından komandanın şərəfini qoruyur.
</meta>
U-20 Avropa çempionatında uğurlu çıxış edən gənc qızlardan ibarət güləş yığmamız vətənə qayıdıb.
Qol.az xəbər verir ki, qitə birinciliyində 2 qızıl və 2 bürünc medal qazanan və 92 xalla komanda hesabında 5-ci yeri tutan milli üzvlərini Azərbaycan Güləş Federasiyasının rəsmiləri, məşqçilər, idmançıların yaxınları və yeniyetmə güləşçilər qarşılayıb.
Həsrət Məmmədyarov, böyük məşqçi: "Komandanın çıxışını əla dəyərləndirirəm. Mən deyərdim ki, qızlar böyük şücaət, mərdlik göstərdilər. Özlərindən güclü rəqiblərə qalib gəldilər. Komandamla fəxr edirəm. Halal olsun. Qızlarımıza gələcək yarışlarda uğurlar arzulayıram. Çalışacağıq ki, dünya çempionatına da yaxşı hazırlaşaq".
Elnurə Məmmədova, Avropa çempionu: "Çox şükürlər olsun. Çox sevinirəm. İnanıram ki, daha böyük yarışlarda daha böyük nəticələr əldə edə bilərəm. Federasiya rəhbərliyinə minnətdarlığımı bildirirəm. Həsrət müəllim sağ olsun. Mən özümə inanmadığım vaxtda belə o mənə inandı. Əlimdən tutub məni qaldırdı. Ailəmə təşəkkürümü bildirirəm. Sonuncu təlim-məşq toplanışımız Astarada keçdi. Olimpiya İdman Kompleksində hər şey yüksək səviyyədə təşkil olunmuşdu. Avqustda əvvəlcə İslam Həmrəyliyi Oyunları keçiriləcək. Alınsa, həmin yarışdan sonra dünya çempionatında iştirak edəcəyik. Çalışacağam ki, orada da ümidləri doğruldum".
Birgül Soltanova, Avropa çempionu: "Çox sevincliyəm. Sevincimin həddi-hüdudu yoxdur. Prezidentimizə, federasiyamızın rəhbərliyinə, yığma komandanın məşqçilərinə, şəxsi məşqçimə, mənə dəstək olan hər kəsə təşəkkürümü bildirirəm. Avropa çempionatına çox yaxşı hazırlaşmışdıq. Astara Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı keçmişdik. Türkiyədə də hazırlıq prosesi olmuşdu. 2019-cu ildə İtaliyada U-17 Avropa çempionatında bürünc medal qazanmışdım. Bu il yenidən İtaliyada uğur qazandım. U-20 Avropa çempionatının qalibi oldum".
Qeyd edək ki, qızlardan ibarət millimiz U-20 Avropa çempionatları tarixində həm medalların əyarına, həm də toplanan xallara görə özünün ən yaxşı nəticəsinə imza atıb. Romada Elnurə Məmmədova (55 kq) ilə Birgül Soltanovanın (62 kq) qızıl, Əsmər Canqurtaran (50 kq) və Mərziyə Sadıqovanın (72 kq) isə bürünc medal qazandığını xatırlatmaq yerinə düşər.
</meta>
"Qəbələ"nin Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi "Fehervar" (Macarıstan) aparıcı futbolçusu Yannik Stopira yeni müqavilə imzalayıb.
Qol.az klubun saytına istinadən xəbər verir ki, 34 yaşlı müdafiəçi ilə müqavilə 1 il müddətinə uzadılıb.
Qeyd edək ki, 2012-ci ildən Macarıstan klubunda oynayan Kobe-Verde millisinin üzvü burada 327 matçda 27 qol vurub.
</meta>
"Bavariya"nın futbolçusu Robert Levandovski İbizada tətil zamanı "Barselona"nın baş məşqçisi Xavi ilə görüşüb.
Qol.az xəbər verir ki, bu barədə "AS" nəşri məlumat yayıb. Qeyri-rəsmi söhbət zamanı tərəflər çox vaxt ailələr və məzuniyyətlər barədə danışıb. Polşalı hücumçu mütəxəssislə vidalaşan zaman ona bu sözləri deyib: "Mən sizinlə işləməyi çox istəyirəm".
Qeyd edək ki, Levandovskinin Kataloniya təmsilçisinə keçə biləcəyi barədə xəbərlər yayılıb.
</meta>
"Real"ın müdafiəçisi Viktor Çustu satıb.
Qol.az "Marca"ya istinadən xəbər verir ki, mərkəz müdafiəçisi ötən mövsüm icarə əsasında çıxış etdiyi "Kadis"də qalacaq.
La Liqa təmsilçisi ispaniyalı müdafiəçinin trasnfer hüquqlarını alıb. Razılaşmanın şətrləri haqda məlumat verilməyib.
Qeyd edək ki, 22 yaşlı oyunçu ötən mövsüm "Kadis"də 29 oyun keçirib.
</meta>
“Liverpul”un hücumçusu Məhəmməd Salah klubla müqavilənin uzadılmasına münasibət bildirib.
Qol.az xəbər verir ki, misirli futbolçu klubun rəsmi saytına açıqlamasında bu qərardan xoşbəxt olduğunu deyib:
“Hər kəs üçün uğurlu gündür. Bu klubla kuboklar qazandığım üçün özümü əla hiss edirəm, xoşbəxtəm. Müqavilənin uzadılması bir qədər vaxt apardı, amma indi razılaşdıq. Ona görə də, diqqətimizi bundan sonra nə olacağına yönəltməliyik. Son 5-6 ildə “Liverpul” irəli gedir. Keçən mövsüm dörd kubok qazanmağa yaxın idik, lakin təəssüf ki, onlardan ikisini əldən verdik. Azarkeşlərə mesajım odur ki, oyunçular gələn mövsüm bütün kubokları qazanmaq üçün əllərindən gələni etmək istəyirlər”.
Qeyd edək ki, 30 yaşlı oyunçu 2017-ci ildən "Liverpul"da oynayır.
</meta>