• Şikayət et

"Gəncə İş Adamları" İctimai Birliyi təqdim edilib

Dekabrın 18-də Azəraycanın ikinci ən böyük şəhəri olan Gəncə şəhərində "GƏNCƏ İŞ ADAMLARI" İctimai Birliyinin təqlimat mərasimi keçirilib.

"Fins.az" xəbər verir ki, "Gəncə İş Adamları" İctimai Birliyi Gəncə şəhərində fəaliyyət göstərən sahibkarları vahid bir platforma ətrafında birləşdirən ictimai birliktir. Burada məqsəd sahibkarlara dəstək olmaq, onların biznes üçün yaradılan imkanlara çıxışına nail olmaqdır.

Tədbirdə çıxış edən Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib ki, 44 günlük Zəfər Savaşından sonra sahibkar və invesitorların Gəncəyə marağı daha da artıb. Nəticədə ilk 9 ayda şəhərdə 1500-dən artıq daimi iş yeri yaradılıb. N.Bayramov bildirib ki, yeni yaradılan Gəncə İş adamları Birliyi Gəncəli iş adamlarına dəstək olmaqla bölgədə iqtisadi aktivliyə, investisiyaların artımına fayda verəcək.

"Gəncə İş Adamları" İB-nin sədri Zəfər Məmmədov qurumun aktiv fəaliyyət göstərdiyini, yaxın vaxtlarda onun nətiələrinin özünü göstərəcəyini bildirib. Gəncə icra hakimiyyətinin bu prosesə dəstək verdiyini xüsusi qeyd edən Birlik rəhbəri Gəncədə iqtisadi aktivliyin artması üçün sovet dövründən qalma köhnə müəssisələrin bazasında yeni istehsal sahələrinin yaradılmasını təklif edib. Onun sözlərinə görə, bunun üçün iş adamlarına təşviq sənədinin, vergi və digər güzəştlərin təqdim edilməsi faydalı olardı. Qurum rəhbəri artıq bir sıra xarici iş adamlarının da Gəncəyə yatırım etməyə hazır olduğunu bildirib.

Tədbirdə çıxış edən Türkiyənin Gəncədəki baş konsulu Zəki Öztürk "Gəncə İş adamları" İB-nin sahikarları bir araya gətirəəyin bildirib. Onun sözlərinə görə, türk iş adamlarının yerli sahibkarlarla birgə Gəncədə investisiya layihələri planlaşdırılır.

Tədbirdə həmçinin tanınmış azərbaycanlı modelyer-dizayner, ətriyyatçı, Əməkdar İncəsənət Xadimi Fəxriyyə Xələfova fəxri qonaq qismində iştirak edib. O, çıxışı zamanı "Gəncə İş Adamları" İctimai Birliyi regionun iqtisadi inkişafına mühüm tövhə verəcəyini və bunun respublikanın iqtisadiyyatına müsbət təsir göstərəcəyini bildirib. Fürsətdən istifadə edərək ölkə başçısı cənab İlham Əliyevi yubileyi münasibəti ilə öncədən təbrik edib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) idarə heyətinin sədrinin müavini Natiq Həsənov yeni birliyin yaradılmasını bölgədə sahibkarlığın inkişafı baxımından mühüm hadisə adlandıraqaq birlik üzvlərini təbrik edib. Gəncədə tarixən sahibkrlıq ənənəsinin olduğunu xatırladan KOBİA-nın sədr müavini bildirib ki, hətta sovet dövrü də şəhərdə sahibkarlığın qarşısını ala bilməyib. N.Həsənov bildirib ki, KOBİA ölkədə sahibkrlığın inkişafı ilə bağlı bir sıra istiqamətdə işlər aparır, bura biznes mühitinin təkmilləşdirilməsi, maliyyə mənbələrinə, o cümlədən altenativ maliyyələşmə mənbələrinə çıxışın təmin edilməsi, biznes xidmətlərinin genişləndirilməsi, sahibkrlar arasında təmasların təşkil edilməsi və sair aiddir.

Tədbirdə çıxış edən Sahibkarlığın İnkişafı Fondunun, Peşə Təhsili Ageniliyinin, Məşğulluğun İnkişafı Agentliyinin rəhbərləri və nümaynədələri regionun böyük iqtisadi potensialının olduğunu, onun reallaşması üçün hazırlıqlıişçi qüvvəsi tələb olunduğunu və bununla bağla müxtəlif layihələrin həyat keçirildiyini qeyd ediblər.

Tədbirdə "Gəncə İş Adamları" İB-nin idarə heyətinin üzvü Camid Mövsümov birliyin iş prinsipi, birlik tərəfindən sahibkarlara yaradılacaq imkanlar, dəstək üsulları, xarici invesiorların bölgəyə marağı barədə geniş əqdimatla çıxaş edərək iş adamlarını aktiv olmağa, hazırda mövcud olan geniş imknalardan yararlanmağa çağırıb.

Təqimat mərasiminə xarici investor kimi qatılan Yaponiyanın TET İnternational Development şirkətinin prezidenti Taro Savado iş adamlarına şirkətin fəaliyyəti və yerli biznes üçün əməkdaşlıq imkanları barədə məlumat verib, onları əməkdaşlığa çağırıb. Mərasimdə Gəncənin tarixi və iqtisadi imkanlarına, eləcə də "Gəncə İş Adamları" İB-nin fəaliyyəti ilə bağlı video çarxlar nümayiş etdirildi. Bildirildi ki, fəaliyyətə başlamasından qısa müddət keçməsinə baxmayaraq qurum artıq biznes forumlara və işgüzar görüşlərə qatılır, sosial məsuliyyət aksiyaları keçirir, o cümlədən vətən müharibəsi qaziləri və şəhid ailələrinin problemlərinin həllində yaxından iştira edir.

Tədbirdə çıxı edən Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri Birliyinin (TÜİB) sədri Hüseyin Büyükfırat və Azərbaycan Pakistan İqtisadi Əməkdaşlıq Palatasının idrə heyətinin sədri Azər Əkbərov yeni quruma uğurar arzu ediblər. Qeyd edilib ki, birliyə üzv olmaq istəyən sahibkarlar qurumun rəsmi internet səhifəsi vasitəsilə (Gia.org.az) müraciət edə bilərdər.

Qeyd edək ki, tədbirdə Gəncə Şəhəri icra hakimiyyətinin başçısı Niyazi Bayramov, İqtisadiyyat Nazirliyinin qurumları, KOBİA, Sahbkarlığın İnkişafı Fondu, Dövlət Məşulluq Xidməti, Pəşa Təhsili üzrə Dövlət Agentliyi, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri Birliyinin (TÜİB), Gəncə şəhərindəki Türkiyə Baş konsulu rəhbərliyi və nümayəndələri, yüzlərlə iş adamı və çoxsaylı qonaqlar, mətbuat nümayəndələri iştirak edib.


BiG.Az
Mənbə:
0
567
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar