Ekran işində "Kanatsız kuşlar", "Kiralık aşk", "Medcezir", "Hercai" kimi seriallarda rol alan aktrisa Özlem Gezgin yer alıb.
Ssenari bir zamanlar sevgili olan cütlüyün illər sonra qarşılaşması və yenidən eşq yaşamasından bəhs edir.
Elçin və Özlem Gezginin obrazı üzərində stilist Şule Zeytinci işləyib. "Qara uzun saçlar"ın layihə meneceri "Sartorial artist management" şirkətinin rəhbəri Vüqar Husiyevdir.
Kemal Yıldızın rejissorluq etdiyi "Qara uzun saçlar" klipi muğənninin musiqi və rəqəmsal platformlarında dinləyicilərin ixtiyarına verilib.
Mahnının sözləri və musiqisi Elşən Mövsümova, aranjımanı Elvin İmanova aiddir.
BiG.Az