• Şikayət et

"SpaceX" şirkəti orbitə yeni "Starlink" internet peykləri qrupunu çıxaracaq

"Falcon 9" daşıyıcı raketi "Starlink" qlobal İnternet əhatə dairəsinin orbital qrupunu artırmaq üçün 53 mini peykdən ibarət daha bir partiya ilə orbitə çıxacaq.

 

TED.az-ın məlumatına görə, bu barədə "SpaceX" şirkətindən bildirilib.

 

Məlumata əsasən, buraxılışın Florida ştatının Kanaveral burnunda yerləşən Kennedi adına Kosmik Mərkəzinin 39A start kompleksindən ABŞ-ın Şərq Sahil vaxtı ilə saat 02:43-də baş tutması planlaşdırılır.

 

Raketin buraxılışından 1 saat 9 dəqiqə sonra "Starlink" peykləri ikinci mərhələdən ayrılaraq adi orbitə çıxmalıdırlar.

Mənbə:
0
38
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar