• Şikayət et

RAMANAnın ÖLÜM KANALI - PREZİDENTİN ayırdığı 6 milyon hanı?!

 

Ramana Sovxozu, Südçülük və Gülçülük qəsəbələrini birləşdirən yol və kanal yararsız haldadır.  Kanala kanalizasiya suları axır, əhali zilbili kanala atır. Üfunət iyi artıq qəsəbəni başına götürüb.

Kanalın üstü açıq olduğundan dəfələrlə insanlar yıxılıblar, körpü və yolların normal vəziyyətdə olmamasına görə isə bir neçə maşın kanala aşıb. Ölən və yaralananlar var.

Qəsəbə sakinləri dəfələrlə bu barədə Sabunçu rayon icra hakimiyyətinə, bələdiyyəyə, Dövlət Avtomobil Yolları Agentliyinə, Azərsu ASC-yə müraciət etə də, hələ ki ortada nəticə yoxdur. 

 Sakinlərin dediyinə görə bələdiyyə sədri Adil Əliyev özü dəfələrlə yolların və kanalın düzəldiləcəyinə söz verib. Bələdiyyə sədri də, şöbə müdiri də oxşar sözlər veriblər.

Amma Prezidentin 2017-ci ildə 6 milyon manat ayırdığı yol və kanal hələ də ölüm saçmaqda davam edir. 

 

0
1678
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar