• Şikayət et

Ramazan kimi gənclərimizlə qürur duyuruq - Deputat

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİMİB) sədri Arzu Bağırova Masallı rayon Şərəfə kənd sakini, şəhid Ramazan Vəliyevin atası Hilal Vəliyevlə görüşüb.

Axar.az xəbər verir ki, Qənirə Paşayeva şəhid atasını işğalçı düşmən üzərində tarixi qələbə münasibətilə təbrik edib.

“Əziz şəhid atası, Siz Vətən uğrunda igidliklə döyüşərək öz canını fəda etmiş oğulun atasısınız. İşğalçı düşmən üzərində qələbə münasibətilə təbriki ən çox Siz şəhid valideynləri haqq edirsiniz. Övladınızın ruhu qarşısında dərin ehtiramla baş əyirik!

Sizin oğlunuz Azərbaycan Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərənmcamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib. Bu medal oğlunuza Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə verilib.

Ramazan kimi gənclərimizlə hər zaman qürur duyacağıq! Onun və cəbhə yoldaşlarının vətənpərvərliyi sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik həsrətinə son qoyulub.

Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb", - Q.Paşayeva bildirib.

Tarixi zəfər münasibətilə şəhid atasına Milli Məclisin Mədəniyyət Komitəsi və RHİMİB adından məktublar, üzərinə “Qarabağ Azərbaycandır!” yazılmış qol saatı təqdim edilib.

Mənbə:
0
11
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar