"Real"ın prezidenti Florentino Perezin daha bir səs yazısı yayılıb.
Sport7.az xəbər verir ki, İspaniya mətbuatından "El Confidential"ın futbol funksionerinin səs yazısını yayması ölkə gündəminə çevrilmişdi. Bu qalmaqala daha biri əlavə olunub. Belə ki, Perezin 2021-ci ildə Kristiano Ronaldo və Joze Mourinyo haqda söylədikləri də üzə çıxıb.
2012-ci ilin oktyabr ayında iki fərqli görüşdə Ronaldo və Mourinyonu tənqid edib. O iki portuqaliyalı əfsanəni hətta təhqir etməkdən də çəkinməyib: "Kristiano Ronaldo bir dəlidir. O axmaq və xəstə bir adamdı. Tam bir çılğındı. Bu adan normal deyil. Bərbad bir eqosu var. Həm Ronaldo, həm də Mourinyo fərqli bir tərzə sahib olsalar daha çox pul qazanardılar. Amma bunu görməyəcək qədər cılızdılar".
Sport7.az