• Şikayət et

Ürək xəstəlikləri niyə cavanlaşır?- Kardioloq səbəbi açıqladı


Təəssüf hissi ilə qeyd etmək istərdim ki, son dövrlərdə ürək-damar xəstəlikləri "cavanlaşıb". Erkən yaşda siqaret çəkmə, yağlı və xolesterinli qidalarla qidalanma, daha çox oturaq həyat tərzi keçirmə, irsi meyllilik və genetik faktorlar gəncləri infarkt riski ilə qarşı-qarşıya qoymaqdadır.


"Medicina" xəbər verir ki, ürək-damaruzmanı Cabir Gülmalıyev müasir dövrdə ümumi xəstəliklər içində həm rast gəlmə tezliyinə, həm də yarada biləcəyi fəsadlara görə ürək-damar xəstəliklərinin ilk yerdə olduğunu söyləyib.

"Bu gün ürək-damar xəstəlikləri bir çox fərqli səbəbdən yaranmaqdadır", - deyən uzman həkim burada önəmli və ilk sıralarda gələn səbəbin getdikcə daha çox passiv həyat tərzinə keçməyimiz, qidalanma vərdişlərimiz və siqaretdən yaxud digər zərərli vərdişlərdən istifadə olduğunu diqqətə çatdırıb.

Həkimin sözlərinə görə, digər səbəblərə ürəyin tac damarlarının və ürək qapaqlarının xəstəlikləri, arterial hipertenziya nəticəsində əmələ gələn ürək problemləri, ürək çatışmazlığı və bir sıra digər səbəblərdən əmələ gələn damar xəstəliklərini aid etmək olar.


Aygün Musayeva



Mənbə:
0
68
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar