Rəmişlə vida mərasimi keçirilməyəcək

Bu gün vəfat edən Xalq artisti, tanınmış gitaraçı Rafiq Hüseynovun (Rəmiş) dəfn olunacağı yer bəlli olub.

Open.az xəbər verir ki, bu barədə sənətkarın yaxınları məlumat verib.

Bildirilib ki, Rəmişin nəşi Yasamal (“Qurd qapısı”) qəbiristanlığında torpağa tapşırılacaq.

Onunla vida mərasimi keçirilməyəcək. Cənazə 1 saylı Kliniki Mərkəzdən qəbiristanlığa aparılacaq.

Qeyd edək ki, ciyərlərində problem yaranan Rəmiş yanvarın 28-də xəstəxanaya yerləşdirilmişdi. O, bu gün dünyasını dəyişib. Qafqazinfo

Mənbə:
0
1508
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar