Riyad Mahrezin dublu sayəsində “Mançester Siti” Çempionlar Liqasının finalına yüksəlib

Mayın 4-də futbol üzrə UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start verilib.

AZƏRTAC xəbər verir ki, mərhələnin ilk oyun günündə “Paris Sen-Jermen” səfərdə “Mançester Siti” komandasının qonağı olub. “Etihad” stadionunda baş tutan görüşdə meydan sahibləri üstün olub - 2:0. Oyunda hesab 11-ci dəqiqədə açılıb. Riyad Mahrez komandasının vacib qoluna imza atıb.

Fasilədən sonra Mançester təmsilçisi rəqibin qapısına ikinci dəfə yol tapıb. Filip Fodenin cinah ötürməsindən sonra Riyad Mahrez dublunu rəsmiləşdirib.

Matçın 69-cu dəqiqəsində oyunun baş hakimi niderlandlı Byörn Kuypers diqqət mərkəzində olub. Belə ki, referi “Paris Sen-Jermen” klubunun futbolçusu Anxel Di Mariyaya birbaşa qırmızı vərəqə göstərərək meydandan kənarlaşdırıb.

Bu qələbə sayəsində Pep Qvardiolanin yetirmələri qitənin ən nüfuzlu klub turnirinin finalına yüksəlib.

Xatırladaq ki, bu komandaların arasında Parisdə keçirilmiş ilk görüşdə “Mançester Siti” qalib gəlmişdi - 2:1.

Qeyd edək ki, mərhələnin digər oyunu mayın 5-də “Çelsi” ilə “Real Madrid” klubları arasında oynanılacaq. Bu komandaların Madriddə keçirilən görüşü heç-heçə başa çatıb – 1:1.

Mövzuları qaçırmayın!
OXUYUN, PAYLAŞIN, QAZANIN!
Azərforum oxuduqca paylaşdığınız, paylaşdıqca qazandığınız tətbiqdir.
0
66
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar