• Şikayət et

Ronaldu 225 milyon dollarlıq daha bir transfer təklifi alıb

“Mançester Yunayted”in sabiq hücumçusu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubundan səxavətli təklif alıb.

“Report” “CBS Sport”a istinadən xəbər verir ki, səudiyyəlilər portuqaliyalı futbolçuya 225 milyon dollarlıq 3 illik müqavilə təklif etməyə hazırdır.

Məlumdur ki, bu variant Ronaldunun yeganə seçənəyi deyil. O, karyerasını harada davam etdirəcəyinə Qətərdəki dünya kubokundan sonra qərar verəcək.

Noyabrın 24-də Portuqaliya millisi DÇ-2022-nin qrup mərhələsinin ilk turunda Qana üzərində qələbə qazanıb (3:2). Ronaldu bu görüşdə penaltidən fərqlənib. Bu qolla o, tarixdə beş dünya çempionatında qol vuran ilk futbolçu olub. Portuqaliyalı 2006, 2010, 2014 və 2018-ci illərdə dünya çempionatlarında rəqiblərinə qol vura bilib.

Mənbə:
0
111
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar