Rusiya Dövlət Dumasına seçki keçirilir

Rusiyada 17-19 sentyabr tarixlərində Dövlət Dumasına, ölkənin 9 subyektinin rəhbəri postuna (daha üç bölgədə qanunverici məclislərin deputatları ən yüksək inzibati şəxsləri seçəcəklər), 39 regional parlamentə və bələdiyyələrə seçkilər keçirilir.

ONA-nın məlumatına görə, seçki məntəqələri saat 08.00-dan saat 20.00-a qədər açıqdır.

Əsas seçki günü bu gün – 19 sentyabrdır.

Milli Məclisin bir qrup deputatı Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasına keçiriləcək seçkilərdə müşahidəçi qismində iştirak etmək üçün Moskvada səfərdədirlər. Sentyabrın 16-dan başlayan səfər sentyabrın 20-dək davam edəcək.
Deputatlar Mixail Zabelin MDB Parlament Assambleyasının, Nizami Səfərov MDB İcraiyyə Komitəsinin xətti ilə, deputatlar Fatma Yıldırım, Şahin Seyidzadə və Anar Məmmədov isə Azərbaycan parlamentinin müşahidəçiləri qismində Rusiya paytaxtında seçki prosesinin gedişini izləyəcəklər.

Mənbə:
0
440
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar