• Şikayət et

Rusiya ilə müharibədə həlak olan və əsir düşən ukraynalı idmançılar

“Rusiyanın Ukraynaya qarşı apardığı genişmiqyaslı müharibəsi zamanı 89 ukraynalı idmançı və məşqçi həlak olub, 13-ü əsir götürülüb”.

Sportinfo.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Kiyevdə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxla birgə mətbuat konfransında deyib.

“Bir çox ukraynalı idmançı dövlətimizi döyüş meydanında müdafiə etmək üçün Ukrayna Silahlı Qüvvələri sıralarına qoşulub. Döyüş əməliyyatları nəticəsində 89 idmançı və məşqçi həlak olub. 13 nəfər əsir götürülüb və Rusiya əsirliyindədir”, - Ukrayna lideri deyib.

Mənbə:
0
79
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar