• Şikayət et

Şabranda bir ailə qəzaya düşdü

Qəndab-Yalama yolunun Şabranın Padar kəndindən keçən hissəsində Jiquli "Vaz-21 07"markalı avtomobil ötmə əməliyyatını həyata keçirərkən qəza şəraiti yaradıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu zaman hərəkətdə olan TİR markalı avtomobil Jiquliyə çırpılıb.

Nəticədə Vaz-2107 markalı avtomobilin sürücüsü Ceyhun, həyat yoldaşı Lamiyyə və 5 yaşlı oğlu İsmayıl Süleymanovlar müxtəlif xəsarətlərlə Xaçmaz rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Qəzanın səbəbləri araşdırılır.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Mənbə:
0
65
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar