Mütəxəssislər genetik modifikasiya olunmuş siçanlar üzərində tədqiqat aparıblar. Bu tədqiqat insanlar üçün həyata keçirildiyi zaman oxşar bir nəticə əldə edilib. Nəticəyə görə uşaqlar ağıllarını analarının genlərindən alırlar.
Saglamolun.az AZƏRTAC-a istinadən bildirir ki, insan zəkasını formalaşdıran genlər "X" xromosomu ilə daşınır. Qadınlarda "X" xromosomu iki, kişilərdə isə sadəcə bir ədəddir. Atadan olan genlər uşağın fiziki quruluşu, anadan gələn genlər isə zəkasını formalaşdırır.