Şahmat üzrə Azərbaycan çempionatında ilk gedişlər edilib

Mayın 4-də Naxçıvan şəhərində yerləşən Gənclik Mərkəzində şahmat üzrə kişilər arasında keçirilən Azərbaycan çempionatına start verilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, çempionat Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbovun, Naxçıvan Muxtar Respublikası Gənclər və idman naziri Azad Cabbarovun və Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənovun şahmat lövhəsi üzərindəki rəmzi gedişləri ilə start götürüb. Naxçıvan Muxtar Respublikasının ilk dəfə olaraq ev sahibliyi etdiyi çempionatda Azərbaycanın 12 ən güclü şahmatçısı birincilik uğrunda mübarizə aparır.

Mayın 3-də açılış mərasimi keçirilən kişilər arasında Azərbaycan çempionatına mayın 18-də yekun vurulacaq. Mayın 20-dən 31-dək isə qadınlar arasında Azərbaycan çempionatının görüşləri təşkil olunacaq. Hər iki turnir 12 şahmatçının iştirakı ilə dairəvi sistem üzrə keçiriləcək. Kişilər arasında Azərbaycan çempionu olan Dünya Kubokuna, qadınlar arasında isə qaliblər şəxsi Avropa çempionatına vəsiqə qazanacaqlar.

 

Mövzuları qaçırmayın!
OXUYUN, PAYLAŞIN, QAZANIN!
Azərforum oxuduqca paylaşdığınız, paylaşdıqca qazandığınız tətbiqdir.
0
119
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar