• Şikayət et

Salyanda qəzaya düşən piyada xəstəxanada öldü

Salyanda yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-nın Mil-Muğan bürosuna istinadən xəbər verir ki, hadisə rayonunun Qaraçala qəsəbəsi ərazisində qeydə alınıb.

Şirvan sakini idarə etdiyi "Mercedes" markalı avtomobillə piyada-Salyan rayonunun Qaraçala qəsəbə sakini, 2001-ci il təvəllüdlü Səlimov Cavad İsmayıl oğlunu vurub.

Ağır xəsarət alan piyada Şirvan Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, o xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə:
0
68
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar