• Şikayət et

Samsung smartfonlar üçün yeni kamera sensoru brendi üzərində çalışır


    İnsayderlərin vermiş olduqları yeni məlumata əsasən Samsung şirkəti smartfonlar üçün nəzərdə tutulmuş yeni kamera sensoru brendini hazırlayır. Hal hazırda Samsung-un bütün kamera sensorları ISOCELL brendi altında təqdim olunur. Sözügedən brendin adı “Isolated Cell” ifadəsindən yaranıb. ISOCELL brendi altında satışa çıxan kamera sensorlarında piksellərin bir-birilərindən izolyasiyası sayəsində foto kadrların keyfiyyətləri yüksəlir.

    Sammobile saytının məlumatına əsasən çox güman ki, Samsung ISOCELL kamera sensorlarının əvəzləyicisini hazırlayır. Məlumata əsasən şirkət XISO-CELL adlı ticarət nişanının qeydiyyat sorğusunu göndərib. Sözügedən yeni ticarət nişanında X hərfinin hansı mənanı verdiyi məlum deyil. Bununla yanaşı Samsung-un bu yeni ticarət nişanı altında yeni məhsullarını nə zaman təqdim edəcəyi də bilinmir. Ola bilər ki, Galaxy S23 Ultra smartfon modelinin əldə edəcəyi 200 MP-lik əsas arxa kamera məhz XISO-CELL brendinə məxsus olsun.


Mənbə:
0
99
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar