• Şikayət et

Səfir: Azərbaycanın tolerantlıq baxımından digər dövlətlər üçün nümunədir

Bakı, 23 fevral, AZƏRTAC

Deputat Azərbaycanda yəhudilərə yaradılan şəraitdən bəhs edib, burada sinaqoqların fəaliyyət göstərdiyini söyləyib.

Azərbaycan-İsrail münasibətlərinin inkişafından söz açan deputat iki ölkənin xalqları arasında sıx dostluq əlaqələrinin olduğunu qeyd edib. Azərbaycan ilə İsrail arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlığın inkişaf etməsinin iki ölkənin maraqlarına uyğun olduğunu vurğulayıb.

Söhbət zamanı Milli Məclisdə İsraillə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyət göstərməsi təqdirəlayiq hal kimi qiymətləndirilib. Qeyd edilib ki, gələcəkdə deputatlarımızın qarşılıqlı səfərləri və görüşlərin keçirilməsi iki ölkənin qanunvericilik orqanları arasında əməkdaşlığın genişləndirilməsi baxımından çox əhəmiyyətlidir.

İsrailin Azərbaycandakı səfiri Corc Dik səmimi qəbula görə təşəkkürünü ifadə edib, dövlətlərimiz və xalqlarımız arasında tarixən dostluq münasibətlərinin olduğunu, ölkələrimizin əlaqələrinin müxtəlif sahələr üzrə inkişaf etdiyini söyləyib. Diplomat Azərbaycanın müstəqillik illərində qazandığı nailiyyətləri yüksək qiymətləndirib, Azərbaycanın tolerantlıq baxımından digər dövlətlər üçün nümunə olduğunu deyib. Azərbaycanlılarla yəhudilərin hər zaman mehriban yaşadığını, bunun dostluğun və qardaşlığın təzahürü olduğunu qeyd edib.

Səfir iqtisadi, turizm, kənd təsərrüfatı sahələrində əlaqələrin inkişafından, bərpa olunan enerji, yeni texnologiyaların tətbiqi ilə bağlı əməkdaşlıqdan, su ehtiyatlarının səmərəli istifadə olunmasından bəhs edib.

Görüşdə Azərbaycanın 44 günlük Vətən müharibəsində parlaq Qələbəsi, işğaldan azad olunan torpaqlarımızda bərpa və yenidənqurma işləri, yaralı əsgərlərimizin müalicəsi ilə bağlı İsrail dövlətinin dəstəyi və digər məsələlər barədə də danışılıb.

Mənbə:
0
121
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar