Media qurumdan verilən məlumatda əlavə olaraq bildirilir ki, tamamilə qondarma bir təşkilat olan "Haritacılar" tərəfindən kadrlara salınan o xəritə serialın bütün digər elementləri kimi bir xəyal məhsuludur. O epizodda olan xəritə və xəritədəki sərhədlər də həqiqəti əks etdirmir. Ssenariyə əsasən *bir qondarma təşkilatın niyyətini göstərmək üçün* qurulsa da, dost və qardaş Azərbaycan xalqının həssaslığı nəzərə alınaraq bu xəritə dəyişdirilmişdir. Tək Millət İki Dövlət".

Deyir, bu dünyanın işni bilmək olmur, nə gətirəcəyi, kimi hara sürükləyəcəyi naməlumdur. El-oba folklorunda deyildiyi kimi, çərxi-fələk elə dövran edir ki, kimin sonu necə bitəcək bilmək olmur, zaman dəyirman fırfırası kimi çox şeyi dənləyib ələkdən keçirir. Zaman kimləri düşmənə, dosta çevirmədi ki. Ən qatı düşmənlər dosta, ən möhkəm dostlar bir andaca ömürlük düşmənə çevrildilər. Dünya dediyin, çərxi-fələk dediyin budur...

İndi Ermənistanda baş verənlər də, əslində siyasət fələkinin ibrət dərsidir. Bir zamanlar Vladimir Putinin sevimli dostu olan Robert Köçəryan, Kreml sahibinin müti qulu olan Serj Sarkisyan indi Nikol Paşinyanın əlində yumağa dönüb qalıblar. Daha doğrusu daha onlar güvəndikləri dağa lazım deyillər, atılıblar bir küncə. Vladimir Vladimiroviç üçün hazırkı mərhələdə özünün yeni layihəsi olan yekəqulaq paşka önəmlidir, vəssalam. Siyasətin və həyatın əsl mahiyyətidir bu. Işə yarayırsansa lazımsan demək, yox artıq rolun bitibsə, o zaman dərsini bilməyən şagird kimi atırlar səni bir küncə.

Düzdür, balacaboy KQB generalı Robertlə Serji bir küncə atdı, daha onlar ancaq hərdən xatırlanacaq köhnə xatirə əşyası kimi görünürlər, vəssalam. Amma V.Putin Ermənistan üzərindən Rusiyanın Qafqazdakı yeni yüzillik layihəsini şəkilləndirir. Demək KQB generalı Ermənistandan heç vaxt əl çəkməyib. Bir ara “Kreml sahibi Ermənistanı yerində oturtdu, Moskva daha Ermənistana sahiblik etməyəcək, V.Putin erməniləri taleyin ümidinə buraxıb, Rusiya öz maraqlarına görə erməniləri Azərbaycana qurban verdi”,- deyə hay həşir qoparırdılar.
Hamısı nağıl dolu fərziyyədir, vəssalam. Rusiya heç zaman Ermənistanı əldən buraxmaz. Hələ o ki qala Ermənistanı Corc Sorosa qurban verə. Baxın, V.Putin istəsə belə bu mümkün deyil. Ermənilər yüz illər boyu ruslar üçün Qafqazda ov tulası olublar, yenə də belədir, yüz illər bundan sonra da belə olacaq. Bu, dəyişilməsi heç zaman mümkün olmayan reallıqdır. Bu gün Moskva N.Paşinyan üzərindən yeni və hələ sirr olaraq qalan yeni layihəsinə start verib. N.Paşinyan indi Vladimir Putinin ən sevimli “övladıdır”, vəssalam.!

Mən deyəndə ki, yekəqulaq paşka Kreml xozeyinin siyasi oğulluqudur, onun sirli planları üçün siyasi səhnəyə gətirilən siyasi aktyordur, bir çoxları deyirdilər ki, N.Paşinyan C.Sorosun planıdır, özü də Moskvaya qarşı. Moskvaya qarşıye özüdə...

Di gəlin bir iki kəlmə deyim, siz də oxuyun. Ermənistanda qanlı diktatura quran, qarşısına keçəni məzarlığa və həbsxanaya yollayan S.Sarkisyan ermənilərin elə nifrətini qazanmışdı ki, “Qarabağ klanı”na qarşı meydana çıxan istənilən küçə dərvişi ermənilər üçün qəhərman sayılırdı. Moskva da yaratdığı bu vəziyyətdən əla yararlandı. Özünün regiondakı yeni layihəsi üçün müti S.Sarkisyanı asanlıqla qurban verib yeni siyasi aktyorunu erməni ictimai rəyinə sırıdı. Erməniləri qanlı diktaturadan qurtaran “inqilabçı qəhrəman”....

Moskva tarix boyu çox belə Paşinyanları kütləyə qəhrəman kimi sırayıb. O ki qala ermənilər kimi müti və yaltaq sürü ola. Kreml həmişəki kimi, Qafqazdakı sevimli və vazkeçilməz köpəyi olan Ermənistan üzərindən gələcək yüz ili hədəfləyən planını işə salıb. Elə son bir neçə ildə N.Paşinyanın siyasi oyunlarına diqqətlə nəzər salmaq kifayət edir ki, onun kimin adamı olduğunu dəqiqləşdirəsən.

Axı bunu necə başa düşməyəsən ki, Moskva Qafqazda yüz illərdir ona-buna “hürdürdüyü”, siyasi ov iti kimi istifadə etdiyi yeganə sadiq nökərini C.Sorosa bağışlasın?, -qəti mümkünsüzdür.

Cəmi 2-3 gün bundan əvvəl N.Paşinyan Vayotszor bölgəsində əhali ilə görüşündə elə fikirlər açıqladı ki, ruspərəstlər belə başlarını aşağı saldılar. Nə deyir paşka: Deyir Ermənistana hücum Risiyaya qarşı hücum deməkdir. Deyir ki, “bizim vahid təhlükəsizlik sistemimiz mövcuddur və biz ona sadiqiq!”.

Bax, demir ki, C.Soros dədəmdir, demir ki, qərb inteqrasiyamız üçün önəmli məsələdir, demir ki, Avropaya yol alırıq. Deyir ki. Ermənistana hücum Rusiyaya hücumdur. Heç Gürcüstandakı ruspərəst Bizanişvili höküməti kimi Avropaya əl uzatmaq belə istəmir.

Nikolcan necə C.Sorosun “uşağıdır” ki, hakimiyyətə atlandığı ilk gündən Moskvanın uzaq planları üçün nəzərədə tutulan qısa təyinatlı layihələr üçün tər tökür?. V.Putin, alçaq diktatorlar R.Köçəryan və S.Sarkisyanla bu işləri görə bilərdimi?,-qətiyyən. Moskvaya yeni və heç bir zədəli imici olmayan, siyasi baxımdan “podmayak” siyasi obraz lazım idi. Bu da yekəqulaq paşka oldu. Dünənin ac-yalavac jurnalisti olan, çantası çiynində “inqilabçı” Paşinyan...
V.Putin erməniləri həm də bir vaxtlar körpə uşaqlarını diri-diri oda atıb yandırdıqları azərbaycanlıların haqlı qisasından da qurtardı. Xocalıdakı vəhşi genosidin alçaq baiskarları, azərbaycanlı körpələri diri diri şişə keçirib odda qızardan alçaqlar Xankəndində qısınıb gizlənə bildilər. İndi onları orada V.Putinin müsəlman generalı Muradov qoruyur. Yoldaş Muradov!
Bax bu da filmin sonu...

Mətləb Salahov

"Son vaxtlar kütləvi informasiya vasitələrində, televiziyada, sarı mətbuatda həyatın bir çox sahələrini əhatə edən gənclərin müxtəlif fəaliyyətlərinin şahidi oluruq. Onların bir qismi sosial şəbəkələrdə çəkdikləri videolarla trendə düşmək üçün hər yola əl atırlar". Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, gənclərin məşhurlaşmaq məsələsi mənfi yönümlüdür: "Onlar cəmiyyətin qəbul etdiyi mental dəyərlərə yad olan müxtəlif açıq-saçıq, erotik və pornoqrafik görüntüləri ilə trendə çevrilmək arzusundadırlar. Bu hallar getdikcə kütləvi hal alır. Bütün bunlara cavab verəcək dövlət qurumu olmadığına görə, bu tipli insanları tənqid edən zaman təhqirlə cavab verirlər. Buna görə də insanların ictimai qınağı bu sahəyə çox da yönəlməyib".

Sədr onu da qeyd edib ki, bu hallar daha çox "tik-tok" və "instagram" platformalarında baş verir. Cinsi azlığın nümayəndələri mənfi prosesləri təbliğ etməyə çox meyilli olur. Onların bu tip əxlaqsız video çəkməkdə məqsədi özlərinə "həci" tapmaqdır. Cinsi azlığın nümayəndələri onlara verilən azadlıqlardan sui-istifadə edərək, öz bədənlərini satırlar və gəncləri öz profilinə cəlb etmək üçün əxlaqsız görüntülər təbliğ edirlər. İngilis və ruslarda olan intellektuallıq bizim fenomenlərdə yoxdur".

"İctimaiyyət silkələnib özünə qayıtmalı və mənfi hallara yox deməlidir. Sosial şəbəkələrdəki 18+ səhifələrə və proqramlara ciddi nəzarət olunmalıdır".

Məsələ ilə bağlı psixoloq Vüsalə Əmiraslanova da öz fikirlərini deyib: "Yeniyetməlik dönəmində bəzi gənclər arasında yersiz rəqabət olur. Məsələn, məşhur olmaq, izləyici yığmaq, mənasız "tik-tok" çəkmək və s. Bunun səbəbi onların nəzarətsiz qalmasıdır. Onlayn təhsilə görə telefon bütün günü uşaqların əlindədir. Valideyn hesab edir ki, onlar telefonu dərs üçün istifadə edirlər. Bütün bu hallar onların yaşı ilə əlaqəlidir. Lakin, bunu yalnız yeniyetmələr yox, böyüklərdən də edənlər az deyil. Anlamaq lazımdır ki, hər trend yaxşı deyil. Bunların səbəbi insanların diqqətdənkənar qalmasıdır".

Ayşən Vəli

Aprel ayının 9-da Bərdə rayonunda rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə mərhum Vaqif Süleymanovun xatirəsinə həsr olunmuş futbol turniri başa çatıb. SİA xəbər verir ki, 16 komandanın iştrak etdiyi turnirdə finala çıxan Ana Vətən Partiyasının Bərdə rayon təşkilatının futbol komandası Bərdə rayon Asan Xidmət Komandasına 3:1 hesabı ilə qalib gələrək, çempion oldu.

Ana Vətən Partiyasının Bərdə rayon təşkilatının sədri Orxan Əhmədova göstərdiyi fəallığa görə Partiya öz təşəkkürünü bildirib.

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyətinin sədri Aslan Aslanova ağır itki üz verib. SİA xəbər verir ki, Aslan Aslanovun anası Zinyət Aslanova dünyasını dəyişib.

Səs Media Qrupun rəhbəri Bəhruz Quliyev öz adından və baş direktoru olduğu qurumun əməkdaşları adından mərhumənin yaxınlarına Tanrıdan səbr diləyir və dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

Şamaxı rayonunun Şəhriyar qəsəbəsində ümumi sahəsi 30 m² olan tövlənin çardağının yanar konstruksiyaları 15 m² sahədə yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, tövlənin qalan hissəsi və bitişik köməkçi tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar Heydər Əliyev Sarayı “Nizami Xəzinəsindən” adlı layihəsi çərçivəsində ədəbi-bədii musiqili kompozisiya hazırlayıb.

SİA-nın məlumatına görə, layihədə gənc bəstəkar Saleh Nəzərovun Nizami Gəncəvinin sözlərinə yazdığı romansları təqdim olunub. Sarayın mətbuat katibi Aytac Bağırlının sözlərinə görə, yeni romansları yaratmaqda məqsəd müasir istedadlı gənclərin bu layihəyə cəlb olunmasıdır. Romanslar Heydər Əliyev Sarayının nəzdində yaradılan “Perfect Troupe” gənc vokalçılar tərəfindən ifa edilib.

Müğənni Günay İbrahimli obyektiv qarşısına keçib. SİA-nın məlumatına görə, ifaçı yeni şəkillər çəkdirib. O, sözügedən fotoları sosial media hesabında yayımlayıb. Sənətçi paylaşımına ilginc sözlər yazıb: "Bu gün varlığını hiss etməyib guya səni yox sayanlar, gün gələr kölgəni addım-addım axtarıb izinə düşərlər".

Onun bu paylaşımı izləyiciləri tərəfindən müzakirələrə səbəb olub. Onlar şərhlərdə İbrahimlinin kimlərəsə söz atdığını qeyd ediblər.

Futbol üzrə İngiltərə kubokunda finalçılar müəyyənləşib.

SİA xəbər verir ki, bu gün daha bir görüş baş tutub.

İkinci yarımfinal görüşündə “Lester Siti” ilə “Sauthempton” klubları üz-üzə gəlib. Premyer Liqada da uğurlu mövsüm keçirən “Lester Siti”, rəqibi üzərində minimal hesablı qələbə sayəsində finala vəsiqə qazanıb.

Xatırladaq ki, daha öncə “Çelsi” Premyer Liqanın lideri “Mançester Siti” üzərində oxşar hesabla qələbə qazanaraq həlledici oyuna vəsiqə əldə etmişdi.

Beləliklə, finalda “Çelsi” ilə “Lester Siti” komandaları qarşılaşacaq. Final görüşü mayın 15-də keçiriləcək.

"İnter" İtaliya A seriyasında növbəti oyuna çıxıb.

SİA xəbər verir ki, komanda 31-ci turda "Napoli"nin qonağı olub. Matç 1:1 hesabı ilə başa çatıb.

"Napoli" - "İnter" - 1:1
Qollar: Handanoviç, 36-avtoqol (1:0), Eriksen, 55 (1:1)

Bu nəticədən sonra "İnter" 75 xalla 1-ci, "Napoli" 60 xalla 5-cidir. "Milan" 66 xalla 2-ci, "Atalanta" 64 xalla 3-cü pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

“Jurnalistlər Sülh və İnkişaf Uğrunda” İctimai Birliyi, son zamanlar sosial şəbəkələrdə mənəvi dəyərlərin, xüsusilə ailə dəyərlərinin kütləvi məhv edilməsi prosesinin amansız hal alması barədə həyəcan təbili çalır. Qurumun rəhbəri Mətləb Salahov KİV-ə açıqlamasında diqqətə çatdırıb ki, olduqca nəzarətsiz və xaotik “qara bazara” çevrilən sosial şəbəkələr, artıq Azərbaycanın min illərdən günümüzə çatan milli ailə dəyərlərinin qatilinə çevrilib: “Təsəvvür edin ki, sosial şəbəkələrdə ər-arvad arasındakı xəyanətlər biabırçı həddə çatıb. Evli qadınların və kişilərin qarşılıqlı xəyanət və gizli yazışmaları ailə dağılmasını və boşanmaları pik həddinə çatdırıb. Elə təkcə bu ilin yanvar-fevral aylarında 2417 boşanma halı qeydə alınıb, əhalinin hər 1000 nəfərinə boşanmaların sayı isə 1,5 olub. Səbəblər arasında ən geniş yayılanı isə sosial şəbəkələrdəki xəyanətlərdir. Bu bir xalqın milli genefonu üçün olduqca təhlükəli insidentdir. Təəsüf ki, sosial şəbəkələrdəki bugünkü nəzarətsizlik gələcəkdəki daha faciəli proseslər üçün stimul rolunu oynayır.”-deyə M.Salahov bildirib.