“İctimai nəqliyyat doğru işləməlidir ki, insanlar ondan istifadəyə üstünlük versin. Amma bu gün hamı şəxsi avtomobilini üstün tutur. Bu da şəhərdə keçilməz tıxacların yaranmasına səbəb olur”.

Bu sözləri Bakupost.az -a açıqlamasında millət vəkili Razi Nurullayev qeyd edib.

O, bəzi ictimai nəqliyyat vasitələrində olan problemləri diqqətə çatdırıb: “Regionlarda, Bakı ətrafı qəsəbələrdə bu sahədəki problemlər həll olunmur. Həlli ilə bağlı müəyyən addımlar atılır, amma nəticəsi zəif olur. Zəhərli tüstülər buraxan, standartlardan kənar, rahatlığı olmayan nə qədər avtobus sərnişin daşıyır. O insanları qınamıram. Kimsə sərnişin daşımaqla çörək pulu qazanır. Amma bu sahədə iş adamlarına normal şərait yaradılıbsa, onlar avtobus parkını təzələməli, sayını çoxaltmalı, aralarındakı dəqiqələri azaltmalıdır ki, insanlar dayanacaqda çox gözləməsin. Həmin avtobuslar şəraitə uyğun olmalıdır. Kondisionerlər təşkil edilməlidir. Yayda çox isti, qışda da soyuq olur”.

Millət vəkili bildirib ki, avtobuslar düzgün qrafiklə işləsə, rahat olsa şəxsi avtomobillərdən istifadə edənlərin sayı azalar: “Biz neft qaz ölkəsində yaşayırıq. İnsanların gözləntiləri, baxışı fərqlidir. İctimai nəqliyyat doğru işləməlidir ki, insanlar ondan istifadəyə üstünlük versin. Amma bu gün hamı şəxsi avtomobilini üstün tutur. Bu da şəhərdə keçilməz tıxacların yaranmasına səbəb olur. İctimai nəqliyyat doğru işləsə, gecikmələr olmasa, rahat olsa, insanların canı incidilməsə, dəqiqələrlə toz-torpaq altında avtobus gözləməsə, insanlar da bundan istifadə edər. Hətta mən də bir deputat olaraq öz avtomobilimdən düşüb ictimai nəqliyyatda getməyə üstünlük verərəm. Çünki ictimai nəqliyyatda gedəcəyim yerə daha tez çata bilərəm. Nəinki avtomobildə saatlarla tıxacda qalım. Bu nümunəni digər deputatlar, dövlət adamları da göstərər”.

R.Nurullayev, məsələnin həlli yolunda addımlar atmağın vacibliyini bildirib: “Metrolarda da pik saatlarda insanlar üst-üstə gedir. Dünyanın bir çox ölkələrində ictimai nəqliyyat və metrolardan istifadə etmişəm. Heç pik saatlarda da insanlar metroda o sıxlığı yaratmır. Heç kimin canı incimir. Bizdə tam əksinədir. Hər yerdə sıxlıq, narazılıq, aqressiya. Bu da servisin dediyimiz standartlara gətirilib çatdırlmamasına görədir. Məncə, məsələ yarıtmaz kadrların olmasında deyil. Bu məsələni dövlət orqanları toplaşıb müzakirə etməlidir. Aidiyyəti orqanlar və insanları dinləmək də çıxış yolu tapmaq üçün vacibdir. Daha sonra aidiyyəti orqanlar köməkləşərək məsələni həll edə bilər”.

Aynur İbrahim

BakuPost

Xarici ölkə vətəndaşlarının Azərbaycanın dövlət sərhədindən qanunsuz olaraq ölkə ərazisinə keçirilmələri barədə daxil olmuş məlumatlarla əlaqədar Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Dövlət Sərhəd Xidməti ilə birgə araşdırmalar aparılıb.

DTX-nin Mətbuat Xidmətindən verilən məlumata görə, həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan vətəndaşları – 1991-ci il təvəllüdlü Ağayev Rasif Nufiəli oğlu və 1970-ci il təvəllüdlü İsayev Ənvər Abasxan oğlunun İran İslam Respublikasında yaşayan müəyyən şəxslərlə qabaqcadan sövdələşərək həmin ölkədən xarici ölkə vətəndaşlarının Azərbaycan ərazisinə mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənar gizli keçirilməsini təşkil etmələrinə əsaslı şübhələr yaranıb.

Müəyyənləşdirilib ki, Rasif Ağayev və Ənvər İsayev İran İslam Respublikası vətəndaşları ilə əlbir olub, maddi maraq müqabilində adıçəkilən ölkənin ərazisində olan xarici ölkə vətəndaşlarının qeyri-leqal yolla Azərbaycana keçmələrinin təşkil edilməsi barədə razılaşıblar. Bu məqsədlə Rasif Ağayev gecəgörmə cihazı və digər texniki avadanlıqlardan istifadə etməklə Yardımlı rayonunun Arvana kəndindən dövlət sərhədini pozaraq İran İslam Respublikasına keçib, orada olan əcnəbiləri dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənar gizli, qanunsuz yolla Azərbaycan ərazisinə keçirib, onları qabaqcadan əldə edilmiş razılığa uyğun olaraq əvvəlcə Ənvər İsayevin Yardımlı rayonunun Arvana kəndində yerləşən evinə, oradan isə Bakı şəhərində özünə məxsus evə gətirib. Keçirilmiş əməliyyat tədbirləri zamanı hər iki şəxs, o cümlədən xarici ölkə vətəndaşları saxlanılıblar.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Rasif Ağayev və Ənvər İsayev Cinayət Məcəlləsinin 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə məsuliyyətə cəlb olunub.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

İyunun 24-ü gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Qarakilsə rayonunun Saybalı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Minkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub.

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Müğənni Şəbnəm Tovuzlunun avtomobil nömrəsi haqda dedikləri tənqid olunub.

ARB-də yayımlanan “Həmin Zaur” verilişində aparıcı Şəbnəmə maşın nömrəsi ilə bağlı sual verib.

Şəbnəm isə “Hələ elə-belə nömrədir. Yadımda qalmır, “KamAZ” sürücülərinin nömrəsidir. “KamAZ” nömrəsidir” deyə cavab verib.

Zaur Kamal isə “Elə demə, sabah “KamAZ” sürücüləri üstünə düşər. Denən, canım qurban onlara” reaksiyasını verib.

Şəbnəm isə “Niyə başqasının kişisinə canım qurban olsun? Polislər saxlayır, deyir ki, niyə bu nömrə ilə sürürsünüz. İstəyirəm 77-SH-777 nömrəsi götürüm” deyərək, ona etiraz edib.

Qeyd edək ki, ifaçının bu sözləri sosial şəbəkələrdə paylaşılaraq tənqid edilib.

Daha ətraflı süjetdə:

“Bizə xırda bir köşk açmağa 6 kvadratmetrlik yer tapılmır, ancaq 5 min rüşvət versək, tapılacaq”

“Burdan Prezidentə səslənirəm – ay İlham Əliyev, ilyarımda 31 Qarabağ qazisi özünü öldürüb, niyə reaksiya vermirsiniz? Niyə soruşmursunuz, bu qazilər özlərini niyə öldürür? Ay İlham Əliyev, mən burdan Sizə səslənirəm, mən istəmirəm ki, özünü öldürən növbəti qazi mən olum, oğlum olsun… Bizim itirəcək heç nəyimiz qalmayıb, biləsiniz…”.

Yevlaxın Xaldan kəndində yaşayan Xəyyam Çələbi Meydan TV vasitəsiylə ölkə başçısı İlham Əliyevə də müraciət edib. O, qazilərə diqqət ayrılmasını istəyib.

Xəyyam Çələbi Birinci Qarabağ Müharibəsində hər iki ayağını itirdiyinə görə birinci qrup müharibə əlilidir. Üstəlik, 5 ilə yaxındır ki, qan xərçəngindən əziyyət çəkir. Aldığı əlillik pensiyası və Prezident təqaüdü elə aylıq dərmanlarına xərclənir. Deyir, ata evində qardaşının ailəsi ilə yaşayır. İllərdir ki, fərdi ev tikmək üçün dövlətdən torpaq sahəsi istəsə də, ona rayonda fərdi ev tikintisi üçün yer olmadığını deyirlər.

Xəyyam Çələbi əkinçiliklə məşğul olmaq üçün də dövlətə müraciət edib. Ancaq hər dəfə rayonda yaşayış qeydiyyatı olmadığını səbəb gətirərək torpaq verməkdən imtina edirlər:

“Mən 40 ildir ki, Bakı qeydiyyatındayam. Uzun illər Bakıdakı zirzəmilərdə kirayələrdə qalandan sonra nəhayət, 4 il əvvəl dövlət müharibə əlili kimi Lökbatanda ikiotaqlı ev verdi. Ancaq Bakıda mənə iş yoxdur, təqaüdlərimsə dediyim kimi, Almaniyadan, Sant-Peterburqdan çətinliklə gətizdirdiyim aylıq dərmanlarıma gedir. Mən istəyirəm ki, öz ata yurdumda ev tikim, əkinlə məşğul olum. Əkinçün torpaq ayırmırlarsa, müraciət etmişəm ki, heç olmasa xırda ticarətlə məşğul olmağıma imkan versinlər. Yevlax-Zaqatala-Gürcüstan yolunun kənarında dayanacaqlar var. Yevlax Rayon İcra Hakimiyyətindən xahiş etdim ki, həmin dayanacaqlardan birinin yanında 6 kvadratmetrlik yer ayırsın, mən orda xırda bir köşk açım, həm başım qarışsın, həm də dolanışığımı təmin edim. İcra hakimiyyəti mənə cavab məktubu göndərdi ki, yolda təmir işləri gedir, təmir bitəndən sonra müraciət edərsiz. Halbuki, o yolda heç bir təmir işi getmir, sadəcə, imtina üçün başqa səbəbləri yoxdur. Həmin yeri başçı 5 min manata satışa çıxarıb, sadəcə, heç kəs almır, çünki hamı bilir ki, o yerdə iki ayağını itirmiş, qan xərçəngiylə döyüşən müharibə əlilinin gözü var, insanların vicdanı yol vermir rüşvət verib o yeri almağa…”

Xəyyam Çələbinin oğlu İkinci Qarabağ Müharibəsində hərbi həkim kimi iştirak edib, başından yaralanıb, vaxtaşırı hərbi hospitalda müalicələr alır:

“Hazırda yenə Papanindəki hospitalda müalicə alır. 25 yaşı var. Müharibə başlayanda Tibb Universitetini cəmi 4 ay idi bitirmişdi. Hərbi həkim kimi könüllü müharibəyə getdi, yaralıları döyüş meydanından çıxaranda özü başından yaralandı. Buna baxmayaraq, yenə də hərbi həkim kimi Ağcəbədidə xidmətini edir. Ata-bala sağlamlığımızı, gəncliyimizi bu vətən üçün qoymuşuq, indi hökumət bizi çörəklə sınağa çəkir. Bizə xırda bir köşk açmağa 6 kvadratmetrlik yer tapılmır, ancaq 5 min rüşvət versək, tapılacaq”.

Xəyyam Çələbi 5 ilə yaxındır ki, leykoza görə əməliyyat olunub. Əməliyyatdan əvvəlsə uzun müddət dövlətə müraciət edib:

“Məni əməliyyata götürəndə bədənimdə cəmi 2 qan hüceyrəsi qalmışdı. Demək olar ki, ölü idim. Mənim bütün vaxtım müraciətlərlə keçmişdi. Müayinələr, müalicələr, əməliyyat üçün müraciət edirdim, hökumətdən səs çıxmırdı. Nəhayət, qardaşımla bacım evlərini satmalı oldular, bir də sosial şəbəkələrdən maddi dəstək gəldi, bunların sayəsində əməliyyat olundum, həyatda qaldım. Dövlət mənim nə müayinəmə, nə müalicəmə, nə əməliyyatıma qara qəpik də ayırmadı. 5 ildir ki, aldığım təqaüdün 80 faizini – 830 manatını aylıq dərmanlarıma xərcləyirəm”.

Yevlax Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, Xəyyam Çələbinin müraciətlərinə rəsmi cavab verilib. Qurumdan başqa sualları cavablandırmayıblar.

Təəssüflər olsun ki, son zamanlar qadınların varlı, zəngin kişiyə ərə getmək, eyni zamanda bəzi kişilərin də varlı qızla ailə həyatı qurmaq istəyi fikirinə tez-tez rast gəlmiş oluruq. Qadının bu istəyi adi hala çevrilib və cəmiyyət tərəfindən də normal qarşılanır. Bəs kişi? Daim güclü cinsin nümayəndəsi, zəhmətsevər, çalışqan kimi tanınan kişilərin bu addımı nə dərəcədə qəbul ediləndir? Evlənmək üçün varlı qız axtarışında olan kişilərə “Alfons” adı vermək olar? Ümumiyyətlə “Alfons” kimlərə deyilir. Dünyada elə kişilər də var ki, başqalarının, daha doğrusu qadınların hesabına yaşayırlar. Onları “Alfons” adlandırırlar. Daha çox işsiz kişilər arasında rast gəlinən belə tiplər xanımların hesabına dolanmağı, təmin olunmağı sevirlər. Xanımlar heç güman da etmirlər ki, bu tip kişilər elə lap yanındakı şəxsdir. Belə kişilər qadınlara qadın deyil , “pul kisəsi” kimi baxır. Yaxşı təmin olunmuş xanımların ovuna çıxar, nə yolla olursa-olsun onları bir ovçu məharətiylə ovlamağa çalışarlar.Görəsən insanları bu həyatı seçməyə müasirlikmi vadar edir, yoxsa həyatın məcburiyyətimi?
Psixoloq Arzu Qurbanlı “Alfons”-lar haqqında danışarkən bildirib ki, alfonsluq patologiyadır. Bir neçə alfons tipi var: intelligent alfons, romantik alfons, zəhmətkeş alfons. Alfons obrazının tam olması üçün daha bir tipi də təsvir etmək lazımdır. Buna milli alfons deyərdim, çünki çeşidli testlər və məqalələrdə təsvir edilmiş obrazlarda onun təsviri yoxdu. O, başdan ayağa kimi bizimkidir, millidir. Bu alfons tipi işləmək istəməyən, evdəki qadınların – arvadı, anası, bacılarının boynunda oturub zəhmətdən qaçan kişi obrazıdır. Arzu xanım həmçinin bildirib ki, cəmiyyətin evli xanım statusuna olan münasibəti bəzən cəmiyyətdə alfons kişilərin yaranmasına təkan olur. «Parlaq» keçmişi və bəzən bu günü olan qadınlar çox vaxt sakit və problemsiz həyat axtarışında olan bir kişiylə evlənməklə fərsiz papaq sahibinin sayəsində adının üstündəki ləkəni təmizləmiş olur. Bunun əvəzində kişini yedirib-geyindirmək bir elə də problemli görünmür.
Mövzuya sosioloq baxışı önəmli olduğu üçün Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İB-nin sədri Zenfira Mustafayevanın da fikirlərini öyrəndik. Zenfira xanım bildirib ki, adıçəkilən problem artıq bugünkü cəmiyyətimizdə adi hal alıb: “Düzdür, ta qədimdən də qadın hesabına yaşayan kişilər olub, lakin indi belələri o qədər çoxalıb ki, problem də adiləşib. Bu yolun yolçuları elə düşünürlər ki, elə ən doğrusu onların etdikləridir. Utanmaz-utanmaz hələ bir özlərinə haqq qazandıraraq işsiz olduqlarını da bəhanə gətirirlər”. Zenfira xanım həmçinin bildirib ki, bu yaxınlarda gəlir mənbəyi olan sevgilisi tətəfindən atılmış bir gənc utanıb arlanmadan təşkilatlarına müraciət etmişdi. Yeniyetmə gəncin şikayəti gülməli olsa da, bu müasır cəmiyyətimizin acinacaqlı vəziyyətidir. O bildirirdi ki, onun gəncliyindən, gözəlliyindən istifadə edən yaşlı qadın birgə yaşadıqları dövrdə ona istifadəsi üçün verdiyi maşını, evi – rahat yaşayış üçün nələri vermişdisə hamısını əlindən alıb. Özünün isə artıq ona lazım olmadığını bildirib. Dini baxımdan da kişinin qadın hesabına yaşaması birmənalı olaraq qəbuledilməzdir.
Mövzunun dini tərəflərini də araşdırmaq üçün ilahiyyatçı Əkrəm Hüseynovun da fikirlərini öyrəndik. İlahiyyatçı bildirib ki, qadın zərif məxluq olduğu üçün hər zaman kişi tərəfindən qorunmalıdır. Çox təəssüf, indiki zamanda tam əksinə olub. Kişilər qadın hesabına yaşamağı özünə üstünlük bilib bu yolla rahat həyat yaşamaq istəyirlər. Peyğəmbərimiz hədislərdə də qeyd edib ki, xanımlar kişilərin onları qoruduqlarını hər an hiss etməlidir. Kişi qadını himayə etməlidir, qadın kişini deyil. Ümumyətlə dində bu hərəkətlərə yol verilməsi günah sayılır. Peyğəmbərimiz də buyurub ki, günahlardan çəkinmək, başqa günah işlərdən uzaq durmaq üçün evlənmək lazımdır.

“Biz hamımız tarixə XX əsrin görkəmli siyasi və dövlət xadimi kimi daxil olmuş Heydər Əliyevi yaxşı tanıyırıq. O, bütün həyatını doğma Azərbaycana həsr edib. Ölkə üçün ən ağır illərdə onun taleyinə görə çox böyük məsuliyyəti cəsarətlə öz üzərinə götürüb, müasir dövlətçiliyin əsaslarını yaradıb, Azərbaycanda bütün sahələrdə genişmiqyaslı dəyişiklikləri uğurla həyata keçirib”.

AZƏRTAC xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Daşkənddə Heydər Əliyev Meydanının açılış mərasimindəki çıxışında bildirib.

Özbəkistan Prezidenti deyib ki, Heydər Əliyev həqiqətən müstəqil Azərbaycanın memarı idi:

“Onun qətiyyəti və siyasi iradəsi, zəngin rəhbərlik təcrübəsi və müstəsna liderlik keyfiyyətləri gənc, müstəqil dövləti xilas etdi. Dərin məna daşıyan faktdır ki, iyunun 15-i Azərbaycanda Milli Qurtuluş Günü kimi qeyd edilir. Məhz həmin gün Heydər Əliyev ölkə rəhbərliyinə qayıdıb və Azərbaycan Ali Sovetinin sədri seçilib”.

Xalqlarımız çətin, bəzən faciəli dövrlər yaşadığını xatırladan Prezidenti Şavkat Mirziyoyev vurğulayıb ki, bununla belə, həm özbək, həm də Azərbaycan xalqları öz mənəvi dəyərlərini, milli qürur və mənliyini qoruyub saxlayıb, öz gələcəklərini özlərinin qurması hüququnu saxlayıblar.

Seymur Verdizadə

Milli Məclisin deputatı Aqil Abbas kənddə yaşayan insanlara soğan əkməyi təklif edəndə hamı onu məsxərəyə qoydu. O vaxtdan xeyli müddət keçməsinə baxmayaraq, cəmiyyətin Aqil müəllimə hansı səbəbdən təpki göstərdiyini hələ də anlaya bilməmişəm. Aqil Abbas kənd camaatına necə məsləhət verməliydi? Deməliydi ki, marixuana əkin?

Kəndlinin işi əkib-becərmək, bolluq yaratmaqdır. Kənddə təmiz hava ilə yanaşı, həm də halallıq, ruzi-bərəkət var. Torpaq onun nazını çəkən, onunla pərvərişdə olan heç kimi ac qoymur. Kənddə doğulan, kənddə böyüyən bir insan kimi mən özüm bunun şahidi olmuşam. Yediyimiz meyvənin dənəsi əlimizdən sürüşüb yerə düşəndə onu götürməyin əziyyətinə qatlaşmazdıq. Bir müddət sonra həmin yerdə bir fidan cücərərdi.

Hər dəfə bölgələrimizə üz tutanda qəlbimi qəm-qüssə alır. Azərbaycan kəndlərinin sürətlə boşalması məni son dərəcə məyus edir. Ucqar kəndlərimizin çoxunda evlərin qapısından paslı qıfıl asılıb. Hərə bir bəhanə ilə doğma yurdu tərk edir. Səbəb həmişə eyni olur: iş yoxdur. Bizim kənddə isə iş heç vaxt qurtarmırdı…

Bakıda yaşayan bir tanışım bu yaxınlarda işədüzəltmə bürosu açıb. Yeni işə başlamasının bir ayı tamam olmasa da, 3 mindən artıq müraciət var. Dünən masanın üzərində qalaqlanmış anketləri bir-bir nəzərdən keçirdim. Balakəndən Hacıqabula, Qusardan Sumqayıta kimi bütün bölgələrimizdən iş üçün müraciət edənlər var. İş axtaranların 90 faizi qadınlardı. Dünən boş vaxtım çox olduğu üçün bu adamların bəziləri ilə söhbət edə bildim. Kimi sorğu-sual etdimsə, dedi ki, Bakıda kirayədə yaşayır. Müraciət edən qadınların əksəriyyəti xadimə, qulluqçu və dayə işləmək istəyir. Çoxu oğul-uşaq sahibidir, pəhləvan kimi həyat yoldaşları var. Sən demə, Bakıda kişilər üçün iş tapılmadığından ailənin yükünü qadınlar öz boyunlarına götürməli olublar…

Bir neçə gün əvvəl Milli Parkda 60-62 yaşlı bir kişi ilə tanış oldum. Dedi ki, sovet hökuməti dağılana kimi Haramıda böyük kolxozların birində sədr işləyib. Şəxsi təsərrüfatını qura bilmədiyinə görə, beş il əvvəl ailə üzvlərilə birlikdə Bakıya köçüb. Hazırda Binədə darısqal bir evdə kirayədə yaşayırlar. Necə dolandıqlarını soruşanda, cavabı belə oldu: “Arvadım imkanlı bir adamın evində dayə, qızım isə şirniyyat sexində usta işləyir. Ayda hərəsi 300 manat maaş alır. Bir təhər keçinirik”.

Halbuki onlar kənddə inək saxlasaydılar, indikindən qat-qat yaxşı dolanardılar. Bu sualın cavabını heç cür tapa bilmirəm: niyə insanlar Bakıda hansısa ədəbaz milyonçunun kirli corablarını yumağa, onların ərköyün nəvələrini səhərdən-axşama kimi kürəklərində gəzdirməyə razı olurlar, amma dövlətin verdiyi torpağı əkib-becərmək istəmirlər?

Təvazökarlıqdan uzaq olsa da, yazacağam: rəhmətlik atam Cəbrayılda müəllim işləsə də, böyük təsərrüfatımız vardı. Hətta il quraqlıq olanda belə, ən azı iki inəyimiz sağılırdı. Həyətimizdəki toyuq-cücənin, hind quşlarının sayı-hesabı yox idi. Doqquzuncu sinifdə oxuyanda ot biçmək üçün atam mənə ayrıca dəryaz düzəltdirmişdi. 15-16 yaşım olanda heyvanları yemləmək üçün hər gün bir araba ot biçirdim. Bu qədər işin arasında kitab oxumağa, dövri mətbuatı mütaliə etməyə də vaxt tapırdım. Sinif yoldaşlarım da təsdiq edə bilərlər: Nizami Gəncəvinin “Xosrov və Şirin” əsərini rəhmətlik Əlif kişi ilə mal nobatına gedəndə oxumuşdum.

Başa düşürəm, kənd həyatı sovet filmlərində gördüyümüz kimi romantik deyil. Mal-qara, qoyun-quzu saxlamaq üçün yayda qızmar günəş altında ot biçmək, saatlarla ayaq üstdə qalmaq, tövlə kürümək lazımdır. Amma bütün bunlar Bakıda arvad hesabına yaşamağın əzabına qatlaşmaqdan çətin deyil…

Qida kimi istifadə edilən yağların qiymətində artım davam edir.

AMİA.AZ
İlin əvvəlində bir kiloqramının qiyməti orta hesabla 18,2 manat olan kərə yağı may ayında 18,95 manata satılıb. Kərə yağının dəyəri 75 qəpik, yəni 4,2 faiz artıb.

Əhalinin ən çox istehlak etdiyi yağlardan olan günəbaxan yağının bir litrinin qiyməti 4,6 manatdan 5,12 manata (52 qəpik bahalaşma), qarğıdalı yağının qiyməti 6 manatdan 6,6 manata (60 qəpik bahalaşma) yüksəlib.

İlin əvvəlindən süfrə marqarinin və zeytun yağının da dəyəri artıb. Qısa müddətdə orta qiymət süfrə marqarinində 4,7 manatdan 5,2 manata (50 qəpik bahalaşma), zeytun yağında 13,4 manatdan 14 manata (60 qəpik bahalaşma) qalxıb.

Adıçəkilən yağ növlərində son bir ildə bahalaşma daha böyük olub. Bir il əvvəlki tarixlə müqayisə etdikdə aydın olur ki, bahalaşma kərə yağında 2,35 manat, qarğıdalı yağında 1,3 manat, günəbaxan yağında 1,17 manat, zeytun yağında 0,84 manat, süfrə marqarininda 0,8 manat olub.

Mərhum kriminal avtoritet Nadir Səlifovun (Lotu Quli) qardaşı, “Namiq Bakinski” kimi tanınan Namiq Səlifov “proqon” yayıb. Surəti criminal.az saytına göndərilən “proqon”da oğru ailəminə mehibançılıq arzulanır:

Mən Oğru Namik Bakinskiy salamlayıram Siz kişiləri, avaraları, özünə hörmət edə insanları. Sizləri kurs qoyuram: Vaxa Bakinskiy, Emin Naxiçevanskiy, Anar Astaralı, Təhmasib Lənkaranlı, Taleh Şəmkirli, Zaxar Mingəçevirskiy, Nicat Brilyant(Talış), Xan Gəncinski, Fuad Sumqaitskiy, Məmmədqulu Sabirabadskiy, Firdovsi Gəncinskiy. Bunlar blidina, samozvanetslərdir.

Bunların insanlar içində yerləri yoxdur. Xoş arzularla sağollaşıram. Allah sizləri qorusun.

Vaxa Bakıniski

Emin Naxçıvanski və Fuad Sumqayıtski

Təhmasib Lənkəranski

Məmmədqulu Sabirabadsıki

Firdovsi Gəncəli

Xan Gəncəli

Zaxar Mingəçevirski

Nicat Briliyant (Talış)

Anar Astaralı

Taleh Şəmkirli

Müğənni Nadir Qafarzadə məşhur azərbaycanlı avtoritet Rövşən Lənkəranskinin ölümünə münasibət bildirib.

Oxu.Az xəbər verir ki, o, “İnstagram” səhifəsində bununla bağlı status paylaşaraq öz təəssüratlarını bölüşüb.

“Gərək mən öləydim, heç olmasa ömrümü azdan-çoxdan sürmüşəm. Amma sənin balaların hələ körpədilər. Onlara sən lazım idin, qardaş! Bir də ki, ölən adamlara həsəd aparıram. Bu fani, yalanla dolu dünyadan haqq dünyasına köçürlər. İndiki zamanda bu dünyada yaşamaq çox çətindir, ələlxüsus düzgün, haqlı, ədalətli insanlar üçün.

Heyif sənə, Rövşən! Haqq dünyasında görüşənədək, qardaşım! Fani dünya, şərli-böhtanlı dünya, haqsız dunya! Allahım, pak, təmiz, ədalətli bəndələrini yanına aparırsan. Bizə bəzi pisləri, ikiüzlüləri və yataqları saxlayırsan. Şükür bildiyinə, Allahım!”,-deyə Qafarzadə yazıb.

Xatırladaq ki, avqustun 17-dən 18-nə keçən gecə İstanbul şəhərindəki hotellərdən birindən toplantıdan dövlət seriya nişanı “90 ND 011” nişanlı avtomobillə ayrılan R.Lənkəranski digər maşınla hotelin qarşısına gələn 2 nəfərin silahlı hücumuna məruz qalıb. İş adamına hücum etmiş silahlı şəxslər hadisə yerindən qaçıblar. R.Lənkəranski və sürücüsü xəstəxanaya aparılıb, lakin bütün tibbi müdaxilələrə baxmayaraq onların həyatını xilas etmək mümkün olmayıb.

Sosial Tədqiqatlar Mərkəzi “Prezidentin fəaliyyəti ictimai rəydə” adlı analitik hesabatını açıqlayıb.

Bu barədə Oxu.Az-a qurumdan məlumat verilib.

Bildirək ki, Sosial Tədqiqatlar Mərkəzi tərəfindən “İnam İndeksi” jurnalının yeddinci xüsusi buraxılışında Prezidentin cari ilin ilk dörd ayı (yanvar-aprel) üzrə yüksək ictimai-siyasi fəaliyyəti sosioloji sorğu əsasında vətəndaş rəyində qiymətləndirilib.

“İnam indeksi” buraxılışı Prezidentə və hakimiyyətin digər qollarına ictimai inam və etimadı rəy sorğusu əsasında dövrü olaraq qiymətləndirir. Belə ki, keçirilən cari sorğu nəticələrinə əsasən respondentlərin 88,1%-i Prezidentə tam etibar etdiyini, 10,2%-i əsasən etibar etdiyini bildirib. Cəmi 0,7% respondent əsasən etibar etmədiyini, 0,7% respondent heç etibar etmədiyini qeyd edib. Respondentlərin 0,3%-i bu barədə mövqe bildirməkdə çətinlik çəkib. Respondentlərin Birinci Vitse-prezidentə inam və etimad səviyyəsi də öyrənilib. Nəticələrə əsasən sorğu iştirakçılarının 78,9%-i Birinci vitse-prezidentə tam etibar etdiyini, 15,6%-i əsasən etibar etdiyini bildirib. Respondentlərin cəmi 1,0%-i əsasən etibar etmədiyini, 3,4%-i heç etibar etmədiyini qeyd edib. 1,0% respondent bu istiqamətdə fikir bildirməkdə çətinlik çəkib.

Rəy sorğusu əsasında hakimiyyətin digər qollarına, parlament və məhkəmə orqanlarına olan ictimai inam və etimad səviyyəsi öyrənilib. Sorğu iştirakçılarının 32,5%-i Milli Məclisə tam etibar etdiyini, 37,7%-i əsasən etibar etdiyini bəyan edib. Respondentlərin 4,7%-i əsasən etibar etmədiyini, 22,2%-i isə heç etibar etmədiyini bildirib. 3,0% respondent bu istiqamətdə fikir bildirməkdə çətinlik çəkib.

Sorğu nəticələrinin təhlilinə əsasən, respondentlərin 37,6%-i məhkəmələrə tam, 24,0%-i isə əsasən etibar etdiyini bildirib. Rəyi öyrənilənlərin 15,6%-i əsasən etibar etmədiyini, 17,2%-i isə heç etibar etmədiyini qeyd edib. Respondentlərin 5,7%-i bu istiqamətdə mövqe bildirməkdə çətinlik çəkib. Göründüyü kimi, məhkəmə institutlarına olan ictimai inam və etimadla parlamentə olan münasibət arasında uyğunluq müşahidə olunur.

Sorğu çərçivəsində vətəndaşların yuxarı icra orqanı kimi Nazirlər Kabinetinə və yerli icra hakimiyyəti orqanlarına inam və etimadı da öyrənilib. Sorğu iştirakçılarının 35,8%-i Nazirlər Kabinetinə tam, 36,0%-i əsasən etibar etdiyini bildirib. Əks mövqedən çıxış edənlər isə ümumilikdə 23,6% təşkil edib (5,4%-i əsasən etibar etmir, 18,2%-i heç etibar etmir). Başqa sözlə, təqribən hər dörd respondentdən biri Nazirlər Kabinetinə etibar etmədiyini bildirib. 4,6% respondent mövqe bildirməkdə çətinlik çəkib.

Sorğu iştirakçılarının 22,7%-i yerli icra hakimiyyəti orqanlarına tam, 22,8%-i əsasən etibar etdiyini bildirib. 14,1% respondent əsasən etibar etmədiyini, 37,3% heç etibar etmədiyini qeyd edib. 3,2% respondent qərarsız mövqe nümayiş etdirib.

Türkiyənin “Baykar Savunma” şirkətinin texniki direktoru, “Bayraktar” pilotsuz uçuş aparatının (PUA) yaradıcısı Selçuk Bayraktar 15 İyun- Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib.

Redaktor.az xəbər verir ki, paylaşımda deyilir:

“Bu il dastanlara mövzu olan “Bir millət, iki dövlət” şüarına #TEKNOFESTAZƏRBAYCAN ilə birlikdə “Bir Festival” əlavə etdik.

Qardaşlığımızın hər keçən gün daha da gücləndiyi Can Azərbaycanın 15 İyun #MilliQurtuluşGününü təbrik edirəm”.

T.İSMAYIL

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Şuşa Bəyannaməsinin birinci ildönümü ilə bağlı paylaşım edib.

“Report”un xəbərinə görə, paylaşımda deyilir:

“Qardaş ölkələr – Türkiyə və Azərbaycan arasında müttəfiqlik münasibətlərinə dair tarixi Şuşa Bəyannaməsinin 1-ci ildönümünü qürurla qeyd edirik. “Bir millət, iki dövlət” şüarını sözlə deyil, əməllərimizlə həyata keçiririk. Yaşasın Azərbaycan-Türkiye qardaşlığı və müttəfiqliyi!”

Mövsüm başlayır, amma Buzovna çimərliyi hələ də hasarlıdır – FOTOREPORTAJ
Xəbər verdiyimiz kimi, 15 iyun tarixində dəniz mövsümü açıq elan olunur.
Lakin mövsümün açılmağına saatlar qalmasına baxmayaraq, Buzovna çimərliyi hələ də hasarlıdır.
“Global Photo Stock”un əməkdaşı Xəzərin Buzovna sahillərindən görüntüləri lentə alıb:

Daha çox şəkil burada: Photostock.az

Prezident: “Heç kim bu qələbəni gözləmirdi” – VİDEO
“Mən əminəm ki Azərbaycanda heç kim sizin qələbənizi gözləmirdi”.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Avropa çempionu olmuş minifutbol üzrə milli komandamızı qəbul edərkən bildirib.
Ölkə başçısı qeyd edib:
“Bilmirəm siz özünüz bu qələbəni gözləyirdiniz ya yox. Bəlkə də çempionat zamanı siz özünüz bunu hiss etmişdiniz. Amma mən əminəm ki, mən daxil olmaqla Azərbaycan heç kəs bu qələbəni gözləmirdi”.
Daha ətraflı süjetdə:

Həmcinsi ilə 18+ videosu yayılan şəxsin keçmiş arvadı: “Video yayılandan sonra…”
“Bir ildən artıqdır rəsmi şəkildə boşansaq da, uşaqları mənə vermirdilər, 5 aydan çox idi ki, övladlarımın üzünü görmürdüm”.
Bu sözləri “Qafqazinfo”ya açıqlamasında bir neçə gün əvvəl həmcinsi ilə birlikdə videosu yayılan şəxsin keçmiş həyat yoldaşı S.Ağayeva (şərti) deyib.
Rayonlardan birində yaşayan qadın əlavə edib ki, görüntülərin sosial şəbəkələrdə, xüsusilə vatsapda kütləvi yayılmasından sonra övladlarını yaşadığı evə gətirə bilib: “Bu görüntülərin yayılması hər birimiz üçün böyük zərbədir. Həmin video 1 ildən çox olar ki, çəkilib və məhkəməyə, eləcə də digər hüquq-mühafizə orqanlarına təqdim etmişəm. Lakin görüntüləri birmənalı olaraq deyə bilərəm ki, mən yaymamışam və belə olmasını da istəməzdim.
Uşaqlarımın taleyinə gəlincə, video yayılandan sonra məktəbin qarşısına gedib övladlarımı evə gətirdim. Halbuki neçə ay idi rəsmi şəkildə məhkəmə qətnaməsi olsa da, yəni hər iki uşaq mənim himayəmə verilsə də, ataları övladlarımı mənə vermirdi. Keçmiş qayınanam hər dəfə məktəbin qarşısında dava salıb uşaqları özü ilə aparırdı”.
S.Ağayeva əlavə edib ki, övladlarının ona verilməsi ilə bağlı məhkəmə qərarının icra edilməməsinə görə apellyasiya şikayəti verib:
“Apellyasiya şikayətində 2014 və 2016-cı il təvəllüdlü uşaqların mənə verilməsinə dair qətnamə olsa da, bunun icra edilmədiyini bildirmişəm. Həmçinin keçmiş həyat yoldaşım aylardır uşaqlara görə təyin edilmiş alimenti ödəmir, səhv etmirəmsə 1200 manata yaxın aliment borcu yığılıb”.
Qeyd edək ki, qadının bir il əvvəl çəkdiyi video məhkəmədə sübut kimi dəyərləndirilib.
Videodakı şəxsin isə yaşadığı bölgədə müğənnilik və falçılıq etdiyi deyilir.

Azərbaycan məktəblərində 2021/2022-ci dərs ilinin “Son zəng”i çalınıb.

“Report” xəbər verir ki, Bakının 234 nömrəli tam orta məktəbində keçirilən “Son zəng” tədbirində təhsil naziri Emin Əmrullayev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, ictimaiyyət nümayəndələri, məktəb rəhbərliyi, müəllimlər və məzunlar iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Məktəbin direktoru Könül Məmmədli tədbir iştirakçılarını salamlayıb, məzunları təbrik edib və onlara gələcək həyatlarında uğurlar diləyib. O, çıxışında məktəbdə 1 267 şagirdin təhsil aldığını, onlardan 50 nəfərin bu il məzun adını qazandığını bildirib.

Təhsil naziri Emin Əmrullayev məzunları XI sinfi uğurla başa vurmaları münasibətilə təbrik edib, onlara yeni-yeni nailiyyətlər arzulayıb. E.Əmrullayev ölkə Prezidenti İlham Əliyevin diqqət və qayğısı, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə ümumi təhsil müəssisələrinin infrastrukturunun yaxşılaşdırılması istiqamətində mühüm işlər görüldüyünü deyib.

2021-2022-ci tədris ilində həyata keçirilən uğurlu layihələrdən və təhsil islahatlarından danışan nazir görülən işlərin əsas məqsədinin hər bir Azərbaycan gənci üçün təhsilin əlçatan olmasını təmin etmək və savadlı nəsil yetişdirmək olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Mehriban Vəliyeva məktəb həyatını başa vurub məzun adı alan onbirinciləri təbrik edib, onlara müstəqil və qalib Azərbaycanın layiqli vətəndaşları olmağı, bilik və zəhmətləri sayəsində nailiyyətlərini daha da artırmağı arzulayıb.

Ulu öndər Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” sözlərini xatırladan İdarə müdiri həmin parlaq gələcəyin məhz gənclərin əlində olduğunu və onların bunu layiqincə dəyərləndirmələrinin vacibliyini qeyd edib.

M.Vəliyeva Azərbaycan Prezidenti İlham Əliyevin təhsilə göstərdiyi dövlət qayğısının Azərbaycana gələcək üçün yüksək səviyyəli, intellektual kadrların yetişdirilməsi və millətin daha aydın sabahına xidmət etdiyini diqqətə çatdırıb.

Tədbir məzunların hazırladıqları ədəbi-bədii kompozisiyalarla davam etdirilib.

Sonda məktəblilər “Son zəng”i çalaraq təhsil illərini yekunlaşdırıblar.

Kəlbəcərdə əsgərimiz faciəvi şəkildə öldü
Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Əliyarov Riyad Məmməd oğlunun 13 iyun 2022-ci il tarixdə Kəlbəcər rayonu ərazisində elektrik cərəyanının vurması nəticəsində ölməsi barədə Kəlbəcər Hərbi Prokurorluğuna daxil olmuş məlumat əsasında əməkdaşlar tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib.
Bu barədə Hərbi Prokurorluqdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib.
Qeyd edilib ki, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb, müvafiq ekspertizalar təyin edilib və digər zəruri hərəkətlər icra edilib:
“Fakt üzrə Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən fakta hüquqi qiymət verilməsi təmin olunacaq”.
Qurumdan qeyd edilib ki, Hərbi Prokurorluğun rəhbərliyi səbəbindən asılı olmayaraq, istənilən ölüm faktının araşdırılmasını nəzarətə götürür və hərtərəfli, tam və obyektiv araşdırma aparılması təmin olunur.
İlhamə Əbülfət

Xarici diplomatlar Şuşaya səfər ediblər – FOTO
Beynəlxalq İnkişafa Yardım Agentliyi (AlDA) vasitəsilə Xarici İşlər Nazirliyi və ADA Universiteti nəzdində fəaliyyət göstərən İnkişaf və Diplomatiya İnstitutunun İxtisasartırma Proqramları tərəfindən birgə təşkil olunan “Əcnəbi Diplomatlar üçün Xarici Siyasət Proqramı – 2022” adlı beynəlxalq kursun iştirakçısı olan 14 xarici diplomat üçün Şuşa şəhərinə xüsusi səfər proqramı təşkil edilib.
ADA-dan verilən məlumata görə, səfər zamanı xarici qonaqlar işğaldan azad olunmuş ərazilərimizdə işğalın ağır nəticələri, Azərbaycan xalqının maddi-mədəni və tarixi irsinə qarşı törədilmiş soyqırımı fəaliyyəti nəticəsində dağıdılmış yaşayış məskənləri və mədəni-tarixi nümunələrlə tanış olublar. Eyni zamanda, Ermənistanın beynəlxalq hüquqa zidd və qeyri-insani fəaliyyəti nəticəsində vaxtilə işğal altında olan ərazilərdə ciddi mina təhlükəsinin olduğu və minalanmış ərazilərin dəqiq xəritəsinin Azərbaycan tərəfinə hələ də verilmədiyi, post-müharibə dövründə 200-dən artıq Azərbaycan vətəndaşının, o cümlədən uşaqların və jurnalistlərin mina qurbanları olduğu xarici diplomatların diqqətinə çatdırılıb.
Səfər müddətində Şuşada və yol boyunca işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma və geniş miqyaslı tikinti işləri ilə tanış olan qonaqlar aparılan fəaliyyətin həcmi və sürətini alqışlayıblar. Onlara torpaqların azad edilməsi ilə bu ərazilərin yenidən dünyanın iqtisadi, mədəni və turistik xəritəsinə geri qayıtdığı və bu günə kimi Azərbaycan hökumətinin bunun yeganə təminatçısı olduğu bildirilib.
Xarici diplomatlara işğaldan azad olunmuş ərazilərimiz, o cümlədən Şuşa şəhərinin Azərbaycan və Qafqazın ictimai-siyasi həyatında oynadığı rol haqda geniş məlumat verilib. Qarabağ xanı Pənahəli Xan tərəfindən şəhərin əsasının qoyulmasının 270 illiyini qeyd etmək və aparılan quruculuq işlərini sürətləndirmək məqsədilə 2022-ci ilin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycanda “Şuşa İli” elan edildiyi bildirilib.
Beynəlxalq səviyyədə insan kapitalının inkişafı və əməkdaşlığın gücləndirilməsi məqsədini daşıyan proqramda 11 ölkədən (Albaniya, Burundi, Çad, Qabon, Qazaxıstan, Macarıstan, Mərakeş, Rumıniya, Paraqvay, Şri-Lanka və Konqo) 14 xarici diplomat iştirak edir. İki həftəlik builki proqram çərçivəsində iştirakçılar üçün Xarici İşlər Nazirliyini təmsil edən peşəkar diplomatlar, ADA Universitetinin mütəxəssis-müəllim heyəti, eləcə də millət vəkilləri, İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, ARDNŞ, ANAMA, Qarabağ Dirçəliş Fondu, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, ASAN Xidmət və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi qurumların nümayəndələri tərəfindən təqdimat və mühazirələr təşkil olunur.

Bayramov-Şahidi görüşü: Nələr müzakirə olundu? – YENİLƏNİB + FOTO/VİDEO
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının (BA) 76-cı sessiyasının prezidenti Abdulla Şahid ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, görüşdə Azərbaycanın BMT çərçivəsində fəaliyyəti, beynəlxalq təşkilatın ixtisaslaşmış qurumları ilə əməkdaşlıq əlaqələri, gələcək fəaliyyət istiqamətləri və gündəlikdə duran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Ceyhun Bayramov qonağı salamlayaraq, BMT BA prezidentlərinin Azərbaycana səfərinin artıq bir ənənəyə çevrildiyini qeyd edib. O, cari səfərin Azərbaycanın BMT üzvlüyünün 30-cu ildönümünə təsadüf etdiyini xüsusilə vurğulayıb. Nazir dünyanın çox mürəkkəb bir dövrdən keçdiyi bir vaxtda BMT BA sədrliyini uğurla həyata keçirdiyi üçün Abdulla Şahidi təbrik edib.
BMT BA Prezidenti Abdulla Şahid Azərbaycanın BMT-nin ən fəal üzv ölkələrindən biri olduğunu qeyd edib və BMT üzvlüyünün 30 illiyi münasibətilə təbriklərini səsləndirib. O, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uğurla icrasını təqdir edib. O, çoxtərəflilik üzrə liderliyinə görə Azərbaycan Respublikasının Prezidentinə təşəkkürünü ifadə edib. BA prezidenti Azərbaycan Prezidentinin COVID-19 pandemiyasına qarşı irəli sürdüyü qlobal əhəmiyyətli təşəbbüsləri yüksək qiymətləndirdiyini bildirib. Abdulla Şahid Azərbaycanda, həmçinin Dayanıqlı İnkişaf Məqsədlərinin icrası istiqamətində milli səviyyədə görülən işləri təqdir edib.
Tərəflər BA sədrliyinin prioritet məsələləri, o cümlədən gənclərlə iş, iqlim dəyişikliyi, gender bərabərliyi və digər mövzular ətrafında fikir mübadiləsi aparıblar.
Ceyhun Bayramov BA sədrinə bölgədə mövcud olan cari vəziyyət, o cümlədən işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri, minaların təmizlənməsi, habelə Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar barədə məlumat verib. O, bölgədə sülh və sabitliyin təmin edilməsi üçün bütün vacib istiqamətlər üzrə, o cümlədən gələcək sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası, bütün kommunikasiyaların açılışı və digər məsələlərdə Azərbaycanın səylərini davam etdirəcəyini söyləyib.
BMT BA prezidenti Abdulla Şahid Azərbaycanın bölgədə dayanıqlı sülh quruculuğu səylərinin və quruculuq işlərinin təqdirəlayiq olduğunu söyləyib.
Görüşdə tərəflər, həmçinin BMT gündəliyində qarşılıqlı maraq doğuran digər məsələlərini müzakirə ediblər.

12:21
Azərbaycanda səfərdə olan BMT Baş Assambleyasının sədri Abdulla Şahidinin xarici işlər naziri Ceyhun Bayramovla görüşü başlayıb.
Bu barədə Azərbaycan XİN özünün “Twitter” hesabında məlumat yayıb.

Nazir Ceyhun Bayramov #Azərbaycan/a səfəri çərçivəsində BMT Baş Assambleyasının sədri Abdulla Şahidi salamlayır.

FM of the Republic of #Azerbaijan @Bayramov_Jeyhun welcoming @UN_PGA Abdulla Shahid within his visit to . pic.twitter.com/NMITUqJJhT

— MFA Azerbaijan (@AzerbaijanMFA) June 13, 2022