• Şikayət et

SON DƏQİQƏ! Məşhur müğənninin konsertinə silahlı hücum olub:Ölən və xeyli yaralı var

Məşhur müğənninin konsertində atışma olub.

Oxu24.com xəbər  verir   ki, Latın musiqisinin məşhur adlarından olan Danny Oceanın dünən axşam Meksikanın Plaza de Toros Monumental de Morelia meydanında  baş tutan  konsertində atəş səsləri eşidilib.

Yerli media xəbər verir ki, Morelia polisi hücumda bir nəfəri həbs edib, bir nəfərin öldüyünü və 10 nəfərin yaralandığını bildirib.

Publictv.com.tr-də yer alan xəbərə görə; Danny Ocean hadisədən sonra sosial media hesabından verdiyi açıqlamada bunları deyib:

"Sevgi mesajı ilə gəlsək də, belə şeylərin niyə baş verdiyini anlamıram! Nə deyəcəyimi belə bilmirəm, heç vaxt belə bir vəziyyətə düşməmişəm. Xahiş edirəm diqqətli olun, mən burada sizin üçün gəlmişəm. Bu, hadisə Meksikaya olan sevgimi dəyişmir."

 

 

Tərcümə: Aynurə Məcidova

Mənbə:
0
72
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar