Taliban Əfqanıstan Milli Bankına yeni rəhbər təyin etdi

Əfqanıstanda hakimiyyəti ələ alan radikal Taliban hərəkatı (Rusiya Federasiyasında qadağan edildi) Şakir Cəlalini Milli Bankın rəhbəri vəzifəsinə təyin edib.

Fins.az xəbər verir ki,bu barədə cümə günü Twitter səhifəsində radikalların nümayəndəsi, Əfqanıstanın müvəqqəti hökumətinin Nazirlər Kabinetindəki məlumat və mədəniyyət nazirinin müavini Zabihullah Mücahid məlumat verib.

Onun sözlərinə görə, Cəlalinin "İslam bankçılığı üzrə doktorluq dərəcəsi var".

ABŞ bu ilin yazında silahlı qüvvələrini oradan çıxaracağını açıqladıqdan sonra Taliban Əfqanıstan üzərində nəzarəti qurmaq üçün genişmiqyaslı əməliyyata başlayıb. Avqustun 15 -də radikallar Kabula döyüşsüz girib və prezident Əşrəf Qani ölkəni tərk edib. Sentyabrın 6 -da Taliban bütün Əfqanıstan ərazisinə nəzarət qurulduğunu, sentyabrın 7 -də isə müvəqqəti hökumətin tərkibini açıqlayıb.

Müəllif:Aynur Qəniyeva 

Mənbə:
0
392
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar