Taliban terror təşkilatının tərəfdarı olan Əfqanıstan ordusunun əsgəri 7 hərbçi yoldaşını öldürüb.
Axar.az xəbər verir ki, hadisə Qəzni əyalətində baş verib.
Məlumata görə, ölən hərbçilər zəhərlənib və güllələnib. Hadisəni törədən şəxs silahını götürərək postu tərk edib.
Taliban hadisə ilə bağlı məsuliyyəti öz üzərinə götürüb.