Tanınmış hüquqşünas ADO teatrına rəhbər gətirildi (FOTO)

Hüquqşünas Xalid Bağırov ADO teatrının direktoru təyin olunub.

Qaynarinfo xəbər verir ki, o, bir müddətdir teatrın boş qalmış direktor vəzifəsini icra edəcək. Bu barədə teatrın rəsmi "Facebook" hesabında məlumat paylaşılıb:

"Uzun sürən pandemiya və çətinliklərdən dolayı bir ildən çoxdur ki, teatrın fəaliyyətində problem yaranıb. Bu ilin mart ayında teatr icarədə olduğu məkandan çıxarılıb. ADO-nun təsisçisi Elmin Bədəlov yalnız yaradıcılıqla məşğul olmaq istədiyini bildirib və direktor olmaqdan imtina etmişdi.

Xalid Bağırov illər əvvəl ədəbiyyatda Xalid Şürük imzası ilə tanınırdı. "Kafkazuzel" İnformasiya Agentliyinin təsis etdiyi "Qafqazın qəhrəmanı” mükafatına layiq görülüb. "Start” Beynəlxalq Tələbə Filmləri Festivalının ideya müəllifi olub".
 


Mənbə:
0
96
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar