TƏBİB tərəfindən növbəti təlim kursu təşkil edilib

TƏBİB-in Davamlı tibbi təhsil və tibbi təlimlər şöbəsinin təşkilatçılığı ilə “Neonatal xidmətin yaxşılaşdırılması üzrə işçi qrup”un fəaliyyət planına uyğun olaraq növbəti təlim kursu keçirilib.
 
Aztibb.az xəbər verir ki, təlim Amerikanın Kardioloji Assosasiyası və Amerikanın Pediatrik Akademiyasının Neonatal Reanimasiya Proqramı (NRP) üzrə 2020-ci ildə təsdiqlənmiş əlavələri əhatə edib.
 
Sumqayıt Perinatal Mərkəzdə keçirilən təlimdə TƏBİB tabeliyində olan tibb müəssisələrinin doğuşa yardım xidməti göstərən tibb işçiləri – ginekoloq, neonatoloq, mama və tibb bacıları iştirak ediblər.
 
Təlimçilər - Nahidə Mahmudova, Sevda Əsədova, Aydan Şahbazzadə və Xeyransa Bayramova iştirakçılara NRP kurs proqramına əsasən nəzəri bilikləri və praktiki bacarıqları təqdim ediblər.
 
Sonda kurs iştirakçılarına sertifikatlar təqdim olunub.
    Mənbə:
    0
    96
    0
    0 şərh

    Ən çox oxunanlar

    • Bugün
    • Həftə
    • Ay

    Son şərhlər

    Trenddə olanlar