Təbrizdəki tarixi məzarlıq dağıdılır: Sufi şeyxlərinin qəbirləri məhv edilib

Təbrizin cənub qərbindəki məşhur Pinəşalvar kəndində yerləşən qədim qəbristanlıq dağıdılıb.

Bu barədə Təbrizin “azərəncümən” xəbər saytı xəbər yayıb.

Qoç daşları, qədim baş daşları və özünəməxsus daş fiqurları ilə məşhur olan Pinəşalvar qəbristanlığı islamın ilk illərindən Səfəvilər dövrünə bir çox tanınmış və tarixi şəxsiyyətlərin dəfn olunduğu məkan olub.

Pinəşalvar bölgəsinin Şadabad Məşayix kəndindəki qəbristanlıqda bir çox qöç daşları və qədim daş kitabələr qanunsuz aparılan qazıntılar və əlaqədar qurumların laqeydliyi nəticəsində məhv edilib.

Baş daşlarının bir çoxu sındırıldığı və oğurlandığı üçün burada dəfn olunan tanınmış sufi şeyxlərinin qəbirlərini yeri itib.

0
97
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar